SEVGİ İLƏ…EVDƏ QAL! (esse)
SEVGİ İLƏ…EVDƏ QAL!
(esse)
Yadımdadır, universitetə yeni qəbul olmuşdum. İlk addımda hər kəs tanışlıq üçün hansı bölgədən olduğunu soruşurdu bir-birlərindən. Bəzisi hansısa dağ rayonundan, bəzisi aran, bəzisi Sumqayıtda məskunlaşmış məcburi köçkün, bəzisi də Bakılı olduğunu deyirdi. “Bakıdanam” deyəndə ilk sualım “karinnoy?” olurdu. Həmişə də “əlbəttə” cavabını alırdım. Heç rast gəlmədim ki, belə suallarımın cavabı "yox” olsun. Hər nəisə...
Bilmirəm, niyə mən bir az sıxılırdım. Sanki filan rayondan gəlmişəm, deyəndə məni bəyənməyəcəkdilər. 16 yaşlı yeniyetməlik halı nə deyəsən.... hamısı da bir-birlərinə həmin regionun ləhcəsi ilə “ilişirdilər”... bizdə də maşallah heç ləhcə yoxdu k, həmişə mənə “ilişəndə” reaksiya verirdim. Xoşuma gəlmirdi. Sonradan necə oldusa sevməyə başladım bu tip “ilişmələri”... Və bəla burasındadır ki, sevməyə başladığım andan heç kim bu kimi zarafatları etmədi mənimlə...
İndi mən həmin 16 yaşlı yeniyetmənin sevmədiyi həmin rayondayam. Niyə? Məlum səbəbə- covid-19 virusuna görə. Hər yerdə qarşımıza çıxan, qulaqlarımızın demək olar ki, bütün gün boyu eşitdiyi “evdeqal” çağırışlarına görə. Əslində mən Bakı şəhərində hökmranlıq edən o “koronavirusun” tüğyan etdiyi məkanda da yaşayardım. Daha doğrusu qalmalı idim. Amma mən “evdəqal”-a əməl etmək üçün buranı seçdim... Ürəyim məni buraya gətirdi. Şəxsiyyətimi təsdiq edən sənədimdə qeydiyyatımdan asılı olmayaraq, doğulduğum yeri təkidlə əsas gətirib doğulduğum ocağa qayıtdım. Evimə pənah gətirdim. Necə deyərlər, ailəmə gəldim. Və məsələ burasındadır ki, doğulduğum yeri əsas gətirincə ürəyimin dərinliyində “ah 16 yaşlı yeniyetmə” deyib həmin o qızcığaza gülürdüm... “indi necə də can atırsan uça-uça getməyə” deyirdim... Və “şrekin" "çəkməli pişiyi” kimi, cavab gözləyərkən, elə yalvarışla baxırdım ki karantin postunda duran polis əməkdaşına, onun məncə icazə verməmək kimi, şansı yox idi... Düşündüyüm kimi də oldu. “Yaxşı xanım, gedə bilərsiniz” cavabını alan kimi anlayışı üçün təşəkkürümü bildirib, oradan işıq sürəti ilə uzaqlaşdım... Evə gəldim.
İndi burda da ciddi karantin rejimidir. Amma özümü rahat hiss edirəm. Yəni ki, harada yaşayırsan yaşa insanın doğulduğu yeridir onun evi, isti yuvası, güvəndə hiss etdiyi... Əbəs yerə deyil ki, ətrafımızda çox insanların, çox yoldaşların olmasına baxmayaraq, bəzi(lər)si bizə-ürəyimizə daha yaxın olur, ruhumuza toxuna bilir... On(lar)ın yanında daha rahat, sevgi dolu oluruq. Çünki o insan(lar) bizə bizi öz evimizdə olduğumuz kimi hiss elətdirir. Qoruyur sanki... Biz ancaq o insan(lar)ı da sevgimizlə dəyərləndirə bilərik... Ürəkdolu isti sevgimizlə...
Ona görə də yoldaşlar, hər birimizə Allahdan özümüzü evimizdə hiss etdirən insanlarla qarşılaşdırmasını diləyirəm. #evdəqal #sevdiklərimizin yanında #dogmalarımızla birlikdə.
Cansu Fəxrəddinqızı

Reklam
Xəbər lenti
- 22-02-2021Yazıçı publisist Eyruz Məmmədovun “EPİ” romanı
- 04-02-2021Tənhalıq...
- 29-01-2021"Əllidə ələnənlər"
- 24-01-2021“HEKAYƏLƏR”
- 17-12-2020TANRI ÖZÜ DEYƏCƏK...
- 04-12-2020Qalanı xatirədir...
- 02-12-2020“Sumqayıt – dənizə addımlayan şəhər. SUM qayıtdı...”
- 22-11-2020Sumqayıtlı döyüşçü Vüsal Hətəmov düşmənə qan uddurub
- 20-11-2020Ваши передачи нужны, чтобы понять предел наглости, цинизма и пошлости - письмо Соловьеву от доктора Рафаиля Ширинова
- 20-11-2020BİR QƏRİB TANIDIM
- 13-11-2020ARZULAR GERÇƏKLƏŞMƏDİ...
- 29-08-2020“İşıq” - ilk qadın qəzeti…
- 25-08-2020Niderland krallığında Azərbaycan diasporu "krallığı"
- 22-08-2020Biz birlikdə güclüyük!
- 15-08-2020YUBİLYAR
- 06-08-2020NÜVƏDİYƏ SON SƏFƏR
- 31-07-2020Öz yubileyinə sevinə bilməyən insan Rəhman ORXAN - 70
- 29-07-2020Solaxaylar (esse)
- 29-07-2020Ən ləziz yemək - Buzlu İkiqat Sumqayıt dolması
- 21-07-2020O, BU DÜNYANIN ADAMI DEYİL!..
- 21-07-2020Eyruz Məmmədov: Şəhid general Polad Həşimovun Sumqayıt Şəhidlər xiyabanında möhtəşəm heykəli ucaldılsın!
- 22-06-2020Eyruz Məmmədov: Mənən zəngin adamlar belə hərəkət edə bilər - (Hümbət Həsənoğlu-65)
- 07-06-2020Öncədən görmə
- 20-05-2020DOSTUNU MƏNƏ GÖSTƏR ...
- 16-05-2020ƏFQANISTAN ODLARINDAN KEÇMİŞ SUMQAYITLI PROFESSOR (Sahib Fərzəliyev - 60 yubiley münasibətilə)
- 09-05-2020Mircəfər Bağırovun da kömək etmədiyi 16 yaşlı könülsüz əsgər - 93 yaşlı Şahnisə nənənin HƏYAT HEKAYƏTİ
- 09-05-2020ÖLÜM SEVİNMƏSİN QOY...
- 29-04-2020Qızcığazın taleyi
- 22-04-2020SEVGİ İLƏ…EVDƏ QAL! (esse)
- 22-04-2020İRADƏSİ GÜCLÜ OLAN İNSANLAR STRESSDƏN ÇIXA BİLİRLƏR
- 20-04-2020BİZİM 1 YAŞIMIZ
- 06-04-2020Paris, Şaz-Elize küçəsi - ESSE
- 21-03-2020Refreyminq yazı – İlqar Kamil
- 21-03-2020Eyruz Məmmədovdan Sumqayıtın 70 illiyinə daha bir töhfə! - monumental Sumqayıt foto-salnaməsi!
- 21-03-2020Öz dəsti-xətti olan sənətkar - (Portret cizgiləri) Ağalar İDRİSOĞLU-70
Çox oxunanlar
Yazarlar