• Ana səhifə
  • Bioqrafiya
  • Videolar Sumqayıt haqda filmlər Sənədli filmlər Televiziya çıxışıları
  • Əsərləri Bədii əsərləri Publisistika
  • Yaradıcılığı Nəsr Poeziya Mədəniyyət Maraqlı faktlar
  • Sumqayıt haqda Retro fotolar Sosialist əməyi qəhrəmanları Sumqayıtın fəxri vətəndaşları Sumqayıt yazarları İdman Sumqayıtla qardaşlaşmış şəhərlər Sumqayıtın qurucuları
  • Sumqayıt yazarlarının məqalələri Əli Əmirov Rəhman Orxan Vüsal Hətəmov Arif Ərşad Hümbət Həsənoğlu
  • Maraq Polemika Aforizmlər Dünənə boylan
  • Müsahibə
  • Sayt haqqında
  

Sumqayıtın 70 illik yubiley tədbirindən möhtəşəm görüntülər

Sumqayıtın 70 illik yubiley tədbirindən möhtəşəm görüntülər

Sumqayıt öz şanlı yubileyini – şəhər statusu verilməsinin 70 ilini qeyd edir. Bu münasibətlə noyabrın 19-da Sumqayıtın əsas meydanında, Sumqayıt Şəhər İcra Hakimiyyətinin inzibati binasının qarşısında ümumşəhər yubiley tədbiri keçirilib.
Bayram tədbirinə minlərlə şəhər sakini qatılıb. Səhər saatlarından nur saçan Günəş də bayrama bir isti hərarət qatıb. Sumqayıtlılar zəngin, o cümlədən mürəkkəb inkişaf yolu keçərək ölkəmizin böyük sənaye mərkəzindən birinə çevrilən şəhərləri ilə qürur duyurlar.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sumqayıt şəhərinin 70 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb. Bayram tədbirləri bu sərəncama əsasən həyata keçirilir.
Meydanda qurulan tribunalarda şəhər rəhbərliyi, rəsmi şəxslər, Milli Məclisin deputatları, xarici ölkələrin diplomatik nümayəndəliklərinin əməkdaşları, Almaniyanın, Ukraynanın, Çinin Sumqayıtla qardaşlaşmış şəhərlərinin nümayəndə heyətləri, veteranlar, ictimaiyyət nümayəndələri də yer alıb.
Şəhərin yubileyinə həsr edilmiş bayram tədbiri Azərbaycanın dövlət bayrağının tribuna önünə gətirilməsi ilə başlayıb. Sonra Dövlət Sərhəd Xidmətinin çevik hərəkat qüvvələrinin nümunəvi çıxışı olunub.






Şəhərin mərkəzi ilə - Azərbaycan prospekti boyunca Dövlət Sərhəd Xidmətinin hərbi orkestrinin müşayiətində hərbçilərin keçidi böyük maraqla izlənib. Həmçinin Dövlət Sərhəd Xidmətinin malik olduğu müasir silahların, Sumqayıt səmasında helikopterlərin, şəhərin Xəzər akvatoriyasında sərhəd gözətçi gəmilərinin da nümayişi olub. Sərhədçilərin çıxışı süvari dəstənin keçidi ilə yekunlaşıb.
Tamaşaçılar arasında bu unudulmaz görüntüləri Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik, Sumqayıt şəhərin yetirməsi Elçin Quliyev də izləyib.
Hərbçilərdən sonra meydana "Şahin” idman oyununun qalibləri daxil olublar. Onları şəhərdə fəaliyyət göstərən tam orta məktəblərin yuxarı sinif şagirdləri əvəz edib.
Tədbir sənaye müəssisələri, şəhərdə fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların kollektivlərinin keçidi ilə davam edib.
Sumqayıt dünyaya səs salan karatenin "brilyant oğlanı” Rafael Ağayev, ikiqat Paralimpiya çempionu İlham Zəkiyev, beynəlxalq qrossmeyster Şəhriyar Məmmədyarov kimi idmançıların Vətənidir. Meydana daxil olan idmançılar idmanın müxtəlif növləri üzrə nümunəvi çıxışları ilə izləyicilərin alqışlarını qazanıblar.
İki saatdan artıq davam edən nümayişdə yeni ailə quran cütlüklər faytonda və avtomobildə tamaşaçıların alqışları ilə tribuna önündən keçib. Tədbir şəhərin gələcəyi - uşaq arabasında mışıl-mışıl yatan körpələrin keçidi ilə yekunlaşıb.
Tədbirdən sonra şəhər sakinləri və qonaqlar Nəsimi heykəlinin ətrafındakı meydanda Dövlət Sərhəd Xidmətinin maraqlı təqdimatları ilə tanış olublar. İnsanı Vətənə bağlayan, onun müdafiəsinə qalxmağa səsləyən, vətənpərvərlik ruhunu təqlid edən bu təqdimatlar böyüklərin, xüsusilə uşaqların marağına səbəb olub. Onlar buradakı iki helikopterin içinə baxıb, hərbçilərin silahları ilə tanış olub, kinoloqların itləri necə məharətlə idarə etdiklərini izləyib, şəkillər çəkdiriblər.
Sumqayıtda yubiley tədbirləri davam edir. Axşam saatlarında möhtəşəm atəşfəşanlıq təşkil olunacaq.
Qeyd edək ki, 1949-cu ilin noyabrın 22-də Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin qərarı ilə Sumqayıta şəhər statusu verilib. 70 il tarix baxımından qısa müddət olsa da, Sumqayıtın əldə etdiyi uğurların palitrası zəngin, əhəmiyyəti böyükdür. Ötən hər bir il Sumqayıtın simasını müsbət dəyişib, onu Cənubu Qafqazın ikinci sənaye mərkəzinə çevirib.
Sumqayıtın ən yeni tarixinə nəzər salanda onun inkişafının tən yarısının Ulu Öndərin adı ilə sıx bağlı olduğu aydın görünür. Ölkəyə rəhbərlik etdiyi 34 ildə Heydər Əliyev on altı dəfə Sumqayıta səfər edib və hər bir gəlişi şəhərin həyatında böyük hadisəyə çevrilib. Məhz Ümummilli Liderin xüsusi diqqəti, həssas münasibəti Sumqayıtın sənaye, tikinti, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrin inkişafına güclü təkan verib. Bu baxımdan, Sumqayıt şəhəri Heydər Əliyevin ideyalarının canlı abidəsidir!
Ümummilli Liderin sabahın şəhəri adlandırdığı Sumqayıt artıq Azərbaycan sənayesinin inkişafında mühüm yer tutur. Xəzərin sahilində salınan bu şəhər son 15 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə daha böyük nailiyyətlərə imza ataraq öz simasını dəyişib, gözəl, rahat və yaraşıqlı bir şəhərə çevrilib. Prezident İlham Əliyevin təşəbbüsü ilə Sumqayıtda təkcə şəhərmiqyaslı deyil, regional əhəmiyyətli layihələr həyata keçirilir. Bu gün Sumqayıt müasir trendlərlə uzlaşan sənaye klasterlər şəbəkəsinə malik ölkəmizin inkişaf etmiş məkanıdır.
İnkişaf hədəfləri daha işıqlı sabaha, daha nurlu gələcəyə hesablanan Sumqayıt özünün şanlı yubileyini böyük ruh yüksəkliyi ilə qarşılayır.

xeberle.comшаблоны для dle 11.2





authorBaxış - 260 authorŞərhlər - 0 authorYüklənmə tarixi - 19-11-2019, 21:30


Monqol dili -ESSE
Xoşbəxtlik – ESSE
Yazıçı Hümbət Həsənoğlunun möhtəşəm Türkiyə uğurları
Sumqayıt hadisələrini filmə çevirən rejissor – Həyat Hekayəti
MƏKTUBLAR - ESSE
Sumqayıtın əks - sədası -2. beşinci seriya montaj Yafət Xeyirov 1994
Sumqayıtın əks - sədası -2. dördüncü seriya montaj Yafət Xeyirov 1994
Sumqayıtın əks - sədası -2. üçünçü seriya montaj Yafət Xeyirov 1994
Sumqayıtın əks - sədası -2. ikinci seriya montaj Yafət Xeyirov 1994
Sumqayıtın əks - sədası -2. birinci seriya montaj Yafət Xeyirov 1994
Sumqayıtın əks-sədası - Эхо Сумгайыта - Echo of Sumgayit
Reklam
Xəbər lenti
  • 02-12-2019Егор Гайдар: разоритель России, палач Абхазии и Карабаха
  • 23-11-2019Nyu-Yorkda xalq teatrı və yaxud Azərbaycanda çəkilən seriallar niyə bu səviyyədədir?
  • 19-11-2019Sumqayıtın 70 illik yubiley tədbirindən möhtəşəm görüntülər
  • 12-11-2019Gecikmiş sevgi etirafı - ESSE
  • 12-11-2019Клён ты мой...
  • 12-11-2019Bizə Cəbiş müəllim kimi olmaq lazımdırmı?
  • 07-11-2019RZA ƏFQANLI
  • 07-11-2019Monqol dili -ESSE
  • 07-11-2019Xoşbəxtlik – ESSE
  • 07-11-2019BİR ÇIRAĞIMIZ VARDI - Əli Ələmi
  • 06-11-2019ЮБИЛЕИ ВЕХИ ЯРКОЙ ЖИЗНИ
  • 01-11-2019"Azadlıq" meydanında 30 il əvvəl Vətən eşqilə yüksələn hayqırtının azadlığa səsləyən, unudulmayan sədaları
  • 30-10-2019QADIN
  • 30-10-2019SUMQAYITLI TELMAN CƏLİL AMERİKANIN NYU-NYORK ŞƏHƏRİNDƏ XALQ TEATRI YARADIB
  • 28-10-2019"Fəthiyyədən Bakıya "Könül körpüsü" layihəsi öz üfüqlərini genişləndirir
  • 28-10-2019Moskvada Azərbaycan şairi Imadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilmişdir
  • 25-10-2019Мой старый двор
  • 18-10-2019“İŞIQ”-n İŞIĞINA TOPLAŞANLAR və yaxud gənc yazıçı Günel Eyvazlının esseləri haqında fikir və mülahizələr
  • 17-10-2019TİXON XRENNİKOV
  • 14-10-2019Azərbaycan Vətəndaş Hərəkatının üzvləri Dərbənd şəhərinə səfər ediblər
  • 13-10-2019Я вернусь ли в свой город?
  • 12-10-2019Öyrətmə
  • 05-10-2019Общекавказский научно-аналитический сайт kavkazplus.com опубликовал статью о многолетнем грабеже азербайджанских недр в особо крупных размерах.
  • 05-10-2019Sumqayıtın yaşıdı, Sovet kosmonavtının, Rusiya baş nazirinin dostu, kimyaçı-mühəndis, yazıçı-şair Süleyman Hüseynov
  • 05-10-2019DMİTRİY KABALEVSKİ: “Sumqayıtda özümü 10 yaş cavan hiss etdim”
  • 27-09-2019İŞIQLI RUHLARIN CAZİBƏSİ
  • 26-09-2019«В живописи Габиба Багирова заложен генетический код его родины»
  • 23-09-2019Sən ağlama, mən ağlayım, gözəlim... Əhməd Cavadın Şükriyyəsi
  • 17-09-2019Грузия не дает указания Армении, пусть и в Ереване оставят их для себя. Media.Az беседует с Георгием Бадридзе
  • 16-09-2019Армения хочет войти в НАТО вместе с оккупированным Карабахом, «затолкнув» туда Грузию без Абхазии и Цхинвали
  • 16-09-2019Məşhur kosmonavt German Titovun sumqayıtlılar üçün arzusu: Kosmosa doğru irəli
  • 27-08-2019BİR ÖMRÜN QISA TARİXÇƏSİ - FOTO
  • 22-08-2019Masa dostlarım
  • 20-08-2019Nəsiminin şeirlərindəki kamil insan obrazı Həzrət Əlidir - MÜSAHİBƏ
  • 01-08-2019Onun ömrünün Masallı dünyası

Çox oxunanlar

    MÜDRİKLİYƏ ATILAN ADDIMLAR Və yaxud dostum haqqında kiçik ştrixlər MÜDRİKLİYƏ ATILAN ADDIMLAR Və yaxud dostum haqqında kiçik ştrixlər
    “İŞIQ”-n İŞIĞINA TOPLAŞANLAR və yaxud gənc yazıçı Günel Eyvazlının esseləri haqında fikir və mülahizələr “İŞIQ”-n İŞIĞINA TOPLAŞANLAR və yaxud gənc yazıçı Günel Eyvazlının esseləri haqında fikir və mülahizələr
    QULU MƏHƏRRƏMLİ: TELEVİZİYANI ŞOU ƏHLİNİN İXTİYARINA BURAXMAQ OLMAZ, TELEKANALLARDA CİDDİ İSLAHATLAR APARILMALIDIR QULU MƏHƏRRƏMLİ: TELEVİZİYANI ŞOU ƏHLİNİN İXTİYARINA BURAXMAQ OLMAZ, TELEKANALLARDA CİDDİ İSLAHATLAR APARILMALIDIR
    Tanıyaq və tanıdaq Tanıyaq və tanıdaq
    Nyu-Yorkda xalq teatrı və yaxud Azərbaycanda çəkilən seriallar niyə bu səviyyədədir? Nyu-Yorkda xalq teatrı və yaxud Azərbaycanda çəkilən seriallar niyə bu səviyyədədir?
    TİXON XRENNİKOV TİXON XRENNİKOV
    RZA ƏFQANLI RZA ƏFQANLI
Yazarlar
SUMQAYIT, SUMQAYITI SEVƏNLƏRİNDİR. ONU YAŞATMAQ VƏ İNKİŞAF ETDİRMƏK HAMININ BORCUDUR
Sən ağlama, mən ağlayım, gözəlim... Əhməd Cavadın Şükriyyəsi
Sumqayıtın yaşıdı, Sovet kosmonavtının, Rusiya baş nazirinin dostu, kimyaçı-mühəndis, yazıçı-şair Süleyman Hüseynov
KƏPƏNƏK XOŞBƏXTLİYİ – ESSE
SAÇLARINA GÜL DÜZÜM! Əli Ələmi
ЮБИЛЕИ ВЕХИ ЯРКОЙ ЖИЗНИ
    
  • Gecikmiş sevgi etirafı - ESSE
    Gecikmiş sevgi etirafı - ESSE
  • 
  • RZA ƏFQANLI
    RZA ƏFQANLI
  • 
  • Monqol dili -ESSE
    Monqol dili -ESSE
  • 
  • Xoşbəxtlik – ESSE
    Xoşbəxtlik – ESSE
  • 
  • BİR ÇIRAĞIMIZ VARDI - Əli Ələmi
    BİR ÇIRAĞIMIZ VARDI - Əli Ələmi
  • 
  • "Fəthiyyədən Bakıya "Könül körpüsü" layihəsi öz üfüqlərini genişləndirir
  • 
  • “İŞIQ”-n İŞIĞINA TOPLAŞANLAR və yaxud gənc yazıçı Günel Eyvazlının esseləri haqında fikir və mülahizələr
    “İŞIQ”-n İŞIĞINA TOPLAŞANLAR və yaxud gənc yazıçı Günel Eyvazlının esseləri haqında fikir və mülahizələr
  • 
  • TİXON XRENNİKOV
    TİXON XRENNİKOV
  • 
  • Azərbaycan Vətəndaş Hərəkatının üzvləri Dərbənd şəhərinə səfər ediblər
    Azərbaycan Vətəndaş Hərəkatının üzvləri Dərbənd şəhərinə səfər ediblər
  • 
  • Я вернусь ли в свой город?
    Я вернусь ли в свой город?
  • 
  • Öyrətmə
    Öyrətmə
  • 
  • Almaniyada Azərbaycan musiqisini təbliğ edən sumqayıtlı bəstəkar
    Almaniyada Azərbaycan musiqisini təbliğ edən sumqayıtlı bəstəkar
  • 
  • KƏPƏNƏK XOŞBƏXTLİYİ – ESSE
    KƏPƏNƏK XOŞBƏXTLİYİ – ESSE
  • 
  • Erməni təxribatının silinməyən izləri
    Erməni təxribatının silinməyən izləri
  • 
  • XALÇA MÜQƏDDƏSDİR,  ONUN HƏR BİR NAXIŞINDA  BİR TARİX YAŞAYIR və yaxud bir xalça rəssamı haqqında düşüncələrim
    XALÇA MÜQƏDDƏSDİR, ONUN HƏR BİR NAXIŞINDA BİR TARİX YAŞAYIR və yaxud bir xalça rəssamı haqqında düşüncələrim
  • 
  • SUMQAYITLI YAZARIN  YENİ ROMANI ÇAP OLUNUB
    SUMQAYITLI YAZARIN YENİ ROMANI ÇAP OLUNUB
  • 
  • MÜDRİKLİYƏ ATILAN ADDIMLAR Və yaxud dostum haqqında kiçik ştrixlər
    MÜDRİKLİYƏ ATILAN ADDIMLAR Və yaxud dostum haqqında kiçik ştrixlər
Tel:
Email:
Created By: DaRa | Hosting services & Web developer By DaDaSHoV.
Copyright 2019. Eyruzunsesi.az
Bütün hüquqlar qorunur.