• Ana səhifə
  • Bioqrafiya
  • Videolar Sumqayıt haqda filmlər Sənədli filmlər Televiziya çıxışıları
  • Əsərləri Bədii əsərləri Publisistika
  • Yaradıcılığı Nəsr Poeziya Mədəniyyət Maraqlı faktlar
  • Sumqayıt haqda Retro fotolar Sosialist əməyi qəhrəmanları Sumqayıtın fəxri vətəndaşları Sumqayıt yazarları İdman Sumqayıtla qardaşlaşmış şəhərlər Sumqayıtın qurucuları
  • Sumqayıt yazarlarının məqalələri Əli Əmirov Rəhman Orxan Vüsal Hətəmov Arif Ərşad Hümbət Həsənoğlu
  • Maraq Polemika Aforizmlər Dünənə boylan
  • Müsahibə
  • Sayt haqqında
  

“Sumqayıt – dənizə addımlayan şəhər. SUM qayıtdı...”

Rəhman Orxanın 70 (+1) yaşlı Sumqayıta həsr etdiyi kitabı
 işıq üzü görmüşdür

                
Son 5 ildə sürətlə yeniləşərək, gündən-günə daha da abadlaşan, dünyanın 
maraq doğuran, əsrarəngiz bir şəhərinə çevrilən 71 yaşlı bu şəhər haqqındakı kitab “Sumqayıt – dənizə addımlayan şəhər. SUM qayıtdı...” adlanır.


Kitabda ilk olaraq Sumqayıtın əfsanəvi keçmişindən və yaranma tarixindən, bugünündən, Ulu öndər Heydər Əliyevin 1969-82-ci illərdə və Azərbaycan Dövlət müstəqilliyi əldə etdikdən sonra daha 10 il ölkəmizə rəhbərlik etdiyi dövrlərdə Cənubi Qafqazın ən böyük sənaye şəhəri olan Sumqayıtın inkişafında böyük, əvəzsiz xidmətlərindən söhbət açılır. Dahir rəhbərin müxtəlif illərdə şəhərin iqtisadi potensialının durmadan artırılması, onun kimya və neft-kimya, metallurgiya, maşınqayırma, energetika sənayesinin və tikinti kompleksinin sürətli inkişafı, qadınların işlə təmin olunması məqsədilə ilk dəfə olaraq müasir yüngül sənaye müəssisələrinin yaradılması, yeni mədəniyyət və təhsil ocaqlarının inşası üzrə əvəzsiz, müstəsna xidmətləri Sumqayıta göstərilən diqqət və qayğının nəticəsi olaraq bu gün də şəhərin mühüm inkişaf bazası kimi böyük əhəmiyyət daşıyır.
Kitabda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsində son 5 ildə Sumqayıtın sürətli inkişafı, onun Cənubi Qafqazda ən iri və güclü sənaye mərkəzi, XXI əsrin ən yüksək texnologiyalar, texnoparklar şəhəri olması üçün böyük və ardıcıl səylərindən, Ulu öndərin çoxillik arzusu olaraq Sumqayıtın bənzərsiz bulvarının yaradılmasında böyük rolundan, şəhərin bütün məhəllə və mikrorayonlarını, mədəniyyət və təhsil müəssisələrini, yol infrastrukturunu əhatə edən  geniş miqyaslı abadlıq-quruculuq, təmir-bərpa işlərindən fotoların dili ilə söhbət açılır.
Azərbaycan Prezidenti İlham Əliyevin söylədiyi “Sumqayıtda çox böyük işlər görülüb. Sumqayıt bulvarı isə, hesab edirəm ki, bir MÖCÜZƏdir. Bu bulvarın yaradılmasında şəhər rəhbərliyinin xüsusi rolu, Sumqayıt sakinlərinin böyük əməyi var. Bu gün Sumqayıt müasir, dünya səviyyəli sənaye mərkəzinə çevrilib” sözləri şəhərin son illərdəki möhtəşəm inkişaf reallığını tam dolğunluğu ilə əks etdirir.
Kitab bir-neçə maraqlı bölmədən, müxtəlf vaxtlarda respublika mətbuatında və saytlarda dərc edilmiş “O zaman Sumqayıt 20 yaşında bir cavan kimi idi”, “Deyəsən, axı, Sum qayıtdı”, “Aleksandr Düma bir də bu yerlərdən keçsəydi”, “Rus şairi Y.Yevtuşenkonun Kremlə atdığ “bomba” və Sumqayıtın yolları”, “Sumqayıtda inqilabi innovasiya”, “Bir gəncin Sumqayıtı “ağ şəhər” kimi görmək arzusu necə çin oldu?”, “Bakıya qardaşdır, durub yanaşı” və s. məqalələrdən ibarətdir.


Kitaba Sumqayıtın yetirməsi olan görkəmli şair, M.Qorki adına Ümumittifaq mükafatı laureatı, vaxtilə bütün SSRİ-yə səs salmış Əli Kərim adına Poeziya klubunun və sonralar Respublika Ədəbi Birliyinin yaradıcısı və sədri olmuş Vaqif İbrahimin və bu gün onun poetik estafetini uğurla davam etdirən, Sumqayıt Poeziya Evinin direktoru şair İbrahim İlyaslının Sumqayıta həsr edilmiş şeirləri və “Canlanır hər qarış çöl Sumqayıtda” mahnısının mətni daxil edilmişdir.Sumqayıtın “Azəri” nəşriyyatında nəfis şəkildə nəşr edilmiş kitabın redaktoru yazıçı-publisist Hümbət Həsənoğlu, layihə rəhbəri Azərbaycan İnşaat və Memarlıq Universitetinin professoru Sahib Fərzəlyev, məsləhətçiləri – “Sumqayıtın tarixi” muzeyinin direktoru, Əməkdar Mədəniyyət işçisi Olya xanım İslamova və Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Gündüz Əliyev, tərtibatçı-rəssamı Azər Məhəmməddir.
Kitabda AzərTAC-ın foto-arxivindən götürülmüş, həmçinin respublikanın tanınmış veteran foto-müxbirləri Rasim Sadıqovun, Məqsəd Quliyevin, Oleq Litvinin, Pyotr Pleşakovun və Şakir Rəhmanın Sumqayıtla bağlı müxtəlif illərdə çəkdikləri 180-dən artıq foto-şəkil və illüstrasiyalar yer almışdır.  
 
Qadir SULTANOV, 
Azərbaycan Jurnalistlər Birliyinin üzvü. 
шаблоны для dle 11.2





authorBaxış - 149 authorŞərhlər - 0 authorYüklənmə tarixi - 2-12-2020, 20:55


TANRI ÖZÜ DEYƏCƏK...
Qalanı xatirədir...
Ваши передачи нужны, чтобы понять предел наглости, цинизма и пошлости - письмо Соловьеву от доктора Рафаиля Ширинова
“İşıq” - ilk qadın qəzeti…
Niderland krallığında Azərbaycan diasporu "krallığı"
Eyruz Məmmədov: Şəhid general Polad Həşimovun Sumqayıt Şəhidlər xiyabanında möhtəşəm heykəli ucaldılsın!
Əbədi növbə haqqında...
Monqol dili -ESSE
Xoşbəxtlik – ESSE
Yazıçı Hümbət Həsənoğlunun möhtəşəm Türkiyə uğurları
Sumqayıt hadisələrini filmə çevirən rejissor – Həyat Hekayəti
MƏKTUBLAR - ESSE
Reklam
Xəbər lenti
  • 22-02-2021Yazıçı publisist Eyruz Məmmədovun “EPİ” romanı
  • 04-02-2021Tənhalıq...
  • 29-01-2021"Əllidə ələnənlər"
  • 24-01-2021“HEKAYƏLƏR”
  • 17-12-2020TANRI ÖZÜ DEYƏCƏK...
  • 04-12-2020Qalanı xatirədir...
  • 02-12-2020“Sumqayıt – dənizə addımlayan şəhər. SUM qayıtdı...”
  • 22-11-2020Sumqayıtlı döyüşçü Vüsal Hətəmov düşmənə qan uddurub
  • 20-11-2020Ваши передачи нужны, чтобы понять предел наглости, цинизма и пошлости - письмо Соловьеву от доктора Рафаиля Ширинова
  • 20-11-2020BİR QƏRİB TANIDIM
  • 13-11-2020ARZULAR GERÇƏKLƏŞMƏDİ...
  • 29-08-2020“İşıq” - ilk qadın qəzeti…
  • 25-08-2020Niderland krallığında Azərbaycan diasporu "krallığı"
  • 22-08-2020Biz birlikdə güclüyük!
  • 15-08-2020YUBİLYAR
  • 06-08-2020NÜVƏDİYƏ SON SƏFƏR
  • 31-07-2020Öz yubileyinə sevinə bilməyən insan Rəhman ORXAN - 70
  • 29-07-2020Solaxaylar (esse)
  • 29-07-2020Ən ləziz yemək - Buzlu İkiqat Sumqayıt dolması
  • 21-07-2020O, BU DÜNYANIN ADAMI DEYİL!..
  • 21-07-2020Eyruz Məmmədov: Şəhid general Polad Həşimovun Sumqayıt Şəhidlər xiyabanında möhtəşəm heykəli ucaldılsın!
  • 22-06-2020Eyruz Məmmədov: Mənən zəngin adamlar belə hərəkət edə bilər - (Hümbət Həsənoğlu-65)
  • 07-06-2020Öncədən görmə
  • 20-05-2020DOSTUNU MƏNƏ GÖSTƏR ...
  • 16-05-2020ƏFQANISTAN ODLARINDAN KEÇMİŞ SUMQAYITLI PROFESSOR (Sahib Fərzəliyev - 60 yubiley münasibətilə)
  • 09-05-2020Mircəfər Bağırovun da kömək etmədiyi 16 yaşlı könülsüz əsgər - 93 yaşlı Şahnisə nənənin HƏYAT HEKAYƏTİ
  • 09-05-2020ÖLÜM SEVİNMƏSİN QOY...
  • 29-04-2020Qızcığazın taleyi
  • 22-04-2020SEVGİ İLƏ…EVDƏ QAL! (esse)
  • 22-04-2020İRADƏSİ GÜCLÜ OLAN İNSANLAR STRESSDƏN ÇIXA BİLİRLƏR
  • 20-04-2020BİZİM 1 YAŞIMIZ
  • 06-04-2020Paris, Şaz-Elize küçəsi - ESSE
  • 21-03-2020Refreyminq yazı – İlqar Kamil
  • 21-03-2020Eyruz Məmmədovdan Sumqayıtın 70 illiyinə daha bir töhfə! - monumental Sumqayıt foto-salnaməsi!
  • 21-03-2020Öz dəsti-xətti olan sənətkar - (Portret cizgiləri) Ağalar İDRİSOĞLU-70

Çox oxunanlar

    MÜDRİKLİYƏ ATILAN ADDIMLAR Və yaxud dostum haqqında kiçik ştrixlər MÜDRİKLİYƏ ATILAN ADDIMLAR Və yaxud dostum haqqında kiçik ştrixlər
    O,  BU  DÜNYANIN  ADAMI  DEYİL!.. O, BU DÜNYANIN ADAMI DEYİL!..
    Biz birlikdə güclüyük! Biz birlikdə güclüyük!
    “İŞIQ”-n İŞIĞINA TOPLAŞANLAR və yaxud gənc yazıçı Günel Eyvazlının esseləri haqında fikir və mülahizələr “İŞIQ”-n İŞIĞINA TOPLAŞANLAR və yaxud gənc yazıçı Günel Eyvazlının esseləri haqında fikir və mülahizələr
    QULU MƏHƏRRƏMLİ: TELEVİZİYANI ŞOU ƏHLİNİN İXTİYARINA BURAXMAQ OLMAZ, TELEKANALLARDA CİDDİ İSLAHATLAR APARILMALIDIR QULU MƏHƏRRƏMLİ: TELEVİZİYANI ŞOU ƏHLİNİN İXTİYARINA BURAXMAQ OLMAZ, TELEKANALLARDA CİDDİ İSLAHATLAR APARILMALIDIR
    DOSTUNU  MƏNƏ  GÖSTƏR ... DOSTUNU MƏNƏ GÖSTƏR ...
    Tanıyaq və tanıdaq Tanıyaq və tanıdaq
Yazarlar
SUMQAYIT, SUMQAYITI SEVƏNLƏRİNDİR. ONU YAŞATMAQ VƏ İNKİŞAF ETDİRMƏK HAMININ BORCUDUR
ARZULAR GERÇƏKLƏŞMƏDİ...
Sən ağlama, mən ağlayım, gözəlim... Əhməd Cavadın Şükriyyəsi
Sumqayıtın yaşıdı, Sovet kosmonavtının, Rusiya baş nazirinin dostu, kimyaçı-mühəndis, yazıçı-şair Süleyman Hüseynov
SAÇLARINA GÜL DÜZÜM! Əli Ələmi
KƏPƏNƏK XOŞBƏXTLİYİ – ESSE
ЮБИЛЕИ ВЕХИ ЯРКОЙ ЖИЗНИ
    
  • YUBİLYAR
    YUBİLYAR
  • 
  • NÜVƏDİYƏ SON SƏFƏR
    NÜVƏDİYƏ SON SƏFƏR
  • 
  • Öz yubileyinə sevinə bilməyən insan Rəhman ORXAN - 70
    Öz yubileyinə sevinə bilməyən insan Rəhman ORXAN - 70
  • 
  • Solaxaylar (esse)
    Solaxaylar (esse)
  • 
  • Ən ləziz yemək - Buzlu İkiqat Sumqayıt dolması
    Ən ləziz yemək - Buzlu İkiqat Sumqayıt dolması
  • 
  • Eyruz Məmmədovdan Sumqayıtın 70 illiyinə daha bir töhfə! - monumental Sumqayıt foto-salnaməsi!
    Eyruz Məmmədovdan Sumqayıtın 70 illiyinə daha bir töhfə! - monumental Sumqayıt foto-salnaməsi!
  • 
  • Öz dəsti-xətti olan sənətkar - (Portret cizgiləri) Ağalar İDRİSOĞLU-70
    Öz dəsti-xətti olan sənətkar - (Portret cizgiləri) Ağalar İDRİSOĞLU-70
  • 
  • Şah İsmayılın nənəsi yunan idimi?
    Şah İsmayılın nənəsi yunan idimi?
  • 
  • Əbədi növbə haqqında...
    Əbədi növbə haqqında...
  • 
  • EY HƏKİM -Əli Ələmi
    EY HƏKİM -Əli Ələmi
  • 
  • 44 saylı Sumqayıt Xızı seçki dairəsindən namizəd yazıçı GÜNEL EYVAZLI
    44 saylı Sumqayıt Xızı seçki dairəsindən namizəd yazıçı GÜNEL EYVAZLI
  • 
  • 41 saylı Sumqayıt seçki dairəsindən namizəd Elnur Abbaszadənin seçiciləri ilə görüşləri davam edir
    41 saylı Sumqayıt seçki dairəsindən namizəd Elnur Abbaszadənin seçiciləri ilə görüşləri davam edir
  • 
  • Xəyallar... (esse)
    Xəyallar... (esse)
  • 
  • Sarı çiçək
    Sarı çiçək
  • 
  • SÖZ ŞAİRLƏRİN GİZLİ XƏZİNƏSİDİR və yaxud kitabın qoxusunu, ətrini heç nə ilə əvəz etmək olmaz
    SÖZ ŞAİRLƏRİN GİZLİ XƏZİNƏSİDİR və yaxud kitabın qoxusunu, ətrini heç nə ilə əvəz etmək olmaz
  • 
  • Mail Yaqub - İrfan Səması (Nəsimi)
    Mail Yaqub - İrfan Səması (Nəsimi)
  • 
  • Dünya ilə ayaqlaşmaq üçün öncə düşüncələrinə əl gəzdirməlisən
    Dünya ilə ayaqlaşmaq üçün öncə düşüncələrinə əl gəzdirməlisən
  • 
  • Gecikmiş sevgi etirafı - ESSE
    Gecikmiş sevgi etirafı - ESSE
  • 
  • RZA ƏFQANLI
    RZA ƏFQANLI
  • 
  • Monqol dili -ESSE
    Monqol dili -ESSE
  • 
  • Xoşbəxtlik – ESSE
    Xoşbəxtlik – ESSE
Tel:
Email:
Created By: DaRa | Hosting services & Web developer By DaDaSHoV.
Copyright 2019. Eyruzunsesi.az
Bütün hüquqlar qorunur.