DMİTRİY KABALEVSKİ: “Sumqayıtda özümü 10 yaş cavan hiss etdim”
1980-ci illərdə Sumqayıtın mədəni həyatında bir sıra maraqlı və rəngarəng tədbirlərin keçirilməsi ilə yadda qalıb. Həmin illərin şahidi olan yaşlı nəslin nümayəndələri doğma şəhərimizdə klassik musuqinin geniş təbliğ olunduğunu yaxşı xatırlayırlar. Bunun da təşəbbüskarı Sumqayıt Şəhər Partiya Komitəsinin birinci katibi Şənlik Əliyev idi. O, dünya şöhrətli dirijor və bəstəkar Maestro Niyazi ilə dostluq edirdi. Və bu dostluqdan istifadə edib, sovetlər ölkəsində tanınmış bəstəkarları, opera müğənnilərini, musiqiçiləri gənclik şəhərinə dəvət edirdi. Bu da Sumqayıtın mədəni həyatında əlamətdar bir hadisəyə çevrilirdi. Hörmətli qonaqlardan biri də tanınmış bəstəkar Dmitriy Kabalevski idi. Onun Səməd Vurğun adına mədəniyyət sarayında sumqayıtlılarla görüşü oldu.
HAŞİYƏ: Dmitriy Borisoviç Kabalevski 1904-cü ildə Sankt-Peterburqda anadan olmuşdur. Üş dəfə Stalin (1946, 1949, 1951), Lenin mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı fəxri adlarına layiq görülmüşdür. Beş opera, 4 simfoniyanın müəllifidir. Bir neçə bədii filmlərə musiqi bəstələmişdir.
Maestro Niyazi öz həmkarı Dmitriy Kabalevskinin yaradıcılığı haqqında, dərin məzmunlu çıxışında onun bir şəxsiyyət, dahi musiqiçi, vətənpərvər insan kimi yüksək qiymətləndirmişdir. Onun Moskvada, Parisdə, Praqada, Varşavada, Romada verdiyi konsertləri həmin ölkələrin kütləvi informasiya vasitələrində geniş işıqlandırılmışdı.
Dmitriy Kabalevski arıq, hündürboy, mavi gözlü bir kişi idi. Söhbətində konkret və yığcam idi. Müsahibə alanda da suallarıma qısa və lakonik cavablar verirdi.
-Niyə ilk konsertiniz Bakıda yox, Sumqayıtda verməyi qərara gəldiniz?
-Dostum Niyazi mənə təklif edəndə məmnuniyyətlə razılıq verdim. Sumqayıt haqqında çox eşitmişəm. Məni alqışlayanda zala diqqət yetirdim. Çoxlu gənc gördüm. Gözlərində bir işıq vardı. İnanmazsınız, burada özümü 10 il cavan hiss etdim.
-Siz 1946-cı ildə Stalin mükafatına layiq görülmüsünüz. Həmin anı necə xatırlayırsınız?
-Mən Leninqradda anadan olmuşam. Siz gəncsiniz. Yəqin dərsliklərdən oxumusunuz. Mən isə müharibə vaxtı blokadanın nə olduğunu yaxşı bilirəm. Mükafatı isə sovet bəstəkarlarına verilən yüksək qiymət kimi qiymətləndirmişəm.
-«Помните», «Вечно живые», «Памяти павших» və sair əsərləriniz müharibə mövzusundadır.
-Elədir. Müharibə yaralı yerimdir. Faşizm dünyaya fəlakət gətirdi. Bunu unutmaq olmaz.
-Azərbaycan musiqisini necə qiymətləndirirsiniz?
-Gənclik illərində eşitmişdim, sonralar özüm əyani şahidi oldum ki, sizin Şuşa şəhərinizi Azərbaycanın konservatoriyası adlandırırlar. Bu, fərəhli haldır. Üzeyir Hacıbəyovu, Qara Qarayevi, Fikrət Əmirovu kim tanımır? “Arşın mal alan” operettası bütün dünyanı gəzib. Bunun özü Azərbaycan musiqisi haqqında çox şey deyir.
-Maestro Niyazi Sizi bir daha Sumqayıta dəvət etsə gələrsinizmi?
-Məmnuniyyətlə. Sizin tamaşaçılar klassik musiqini gözəl duyurlar. Bu, məni sevindirir.
-Sumqayıtlılara arzunuz?
-Musiqi insanı kədərdən, qəmdən-qüssədən uzaqlaşdırır, gələcəyə, gözəlliyə, sevgiyə səsləyir. Lakin bu o demək deyil ki, kədərli notlar azdır. Xeyir var. Bununla belə, evlərinizdə körpə balaların ürəkləri riqqətə gətirən, sevindirən həzin səsləri ilə insanları ruhlandıran musiqi sədalarının qovuşmasını arzulayıram.
-Daha bir sual vermək istəyirəm.
-Buyurun.
-Sirr deyilsə, xobbiniz varmı?
-Var. Boş vaxtlarımda şahmat oynamağı xoşlayıram. Məni SSRİ-də ehtiraslı filatelist kimi də tanıyırlar. Arxivimdə minlərlə marka var.
-Müsahibə üçün sağ olun.
-Uğurlar arzulayıram, cavan oğlan.
(1982)
Əməkdar jurnalist, yazıçı Eyruz Məmmədov, “Sumqayıtım, dünənə boylan” kitabından
Birlik.az



Reklam
Xəbər lenti
- 02-12-2019Егор Гайдар: разоритель России, палач Абхазии и Карабаха
- 23-11-2019Nyu-Yorkda xalq teatrı və yaxud Azərbaycanda çəkilən seriallar niyə bu səviyyədədir?
- 19-11-2019Sumqayıtın 70 illik yubiley tədbirindən möhtəşəm görüntülər
- 12-11-2019Gecikmiş sevgi etirafı - ESSE
- 12-11-2019Клён ты мой...
- 12-11-2019Bizə Cəbiş müəllim kimi olmaq lazımdırmı?
- 07-11-2019RZA ƏFQANLI
- 07-11-2019Monqol dili -ESSE
- 07-11-2019Xoşbəxtlik – ESSE
- 07-11-2019BİR ÇIRAĞIMIZ VARDI - Əli Ələmi
- 06-11-2019ЮБИЛЕИ ВЕХИ ЯРКОЙ ЖИЗНИ
- 01-11-2019"Azadlıq" meydanında 30 il əvvəl Vətən eşqilə yüksələn hayqırtının azadlığa səsləyən, unudulmayan sədaları
- 30-10-2019QADIN
- 30-10-2019SUMQAYITLI TELMAN CƏLİL AMERİKANIN NYU-NYORK ŞƏHƏRİNDƏ XALQ TEATRI YARADIB
- 28-10-2019"Fəthiyyədən Bakıya "Könül körpüsü" layihəsi öz üfüqlərini genişləndirir
- 28-10-2019Moskvada Azərbaycan şairi Imadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilmişdir
- 25-10-2019Мой старый двор
- 18-10-2019“İŞIQ”-n İŞIĞINA TOPLAŞANLAR və yaxud gənc yazıçı Günel Eyvazlının esseləri haqında fikir və mülahizələr
- 17-10-2019TİXON XRENNİKOV
- 14-10-2019Azərbaycan Vətəndaş Hərəkatının üzvləri Dərbənd şəhərinə səfər ediblər
- 13-10-2019Я вернусь ли в свой город?
- 12-10-2019Öyrətmə
- 05-10-2019Общекавказский научно-аналитический сайт kavkazplus.com опубликовал статью о многолетнем грабеже азербайджанских недр в особо крупных размерах.
- 05-10-2019Sumqayıtın yaşıdı, Sovet kosmonavtının, Rusiya baş nazirinin dostu, kimyaçı-mühəndis, yazıçı-şair Süleyman Hüseynov
- 05-10-2019DMİTRİY KABALEVSKİ: “Sumqayıtda özümü 10 yaş cavan hiss etdim”
- 27-09-2019İŞIQLI RUHLARIN CAZİBƏSİ
- 26-09-2019«В живописи Габиба Багирова заложен генетический код его родины»
- 23-09-2019Sən ağlama, mən ağlayım, gözəlim... Əhməd Cavadın Şükriyyəsi
- 17-09-2019Грузия не дает указания Армении, пусть и в Ереване оставят их для себя. Media.Az беседует с Георгием Бадридзе
- 16-09-2019Армения хочет войти в НАТО вместе с оккупированным Карабахом, «затолкнув» туда Грузию без Абхазии и Цхинвали
- 16-09-2019Məşhur kosmonavt German Titovun sumqayıtlılar üçün arzusu: Kosmosa doğru irəli
- 27-08-2019BİR ÖMRÜN QISA TARİXÇƏSİ - FOTO
- 22-08-2019Masa dostlarım
- 20-08-2019Nəsiminin şeirlərindəki kamil insan obrazı Həzrət Əlidir - MÜSAHİBƏ
- 01-08-2019Onun ömrünün Masallı dünyası
Çox oxunanlar
Yazarlar