Almaniyada Azərbaycan musiqisini təbliğ edən sumqayıtlı bəstəkar
Özünü təhsilə, yaradıcılığa həsr edib. Başı o qədər qarışıb ki, hətta ailə qurmağa belə tələsməyib. Bəstələdiyi "İn memoriam Kara Karayev”, "İn memoriam Ludwig Van Beethoven”, beş hissəli "Qarabağ suita”sı, "Qarabağ həsrəti”, "Odlar ölkəsi” və s. musiqi əsərləri indiyədək Kanada, Fransa, Avstriya, İsveç, Oman Sultanlığı və eləcə də bir sıra ölkələrdə ifa olunub. Dəfələrlə beynəlxalq bəstəkarlıq müsabiqələrinin laureatı seçilib.
On dörd ildir ki, Almaniyada yaşayır. Zəngin mədəniyytə malik olan bu məmləkətdə Azərbaycan musiqisini yorulmadan təbliğ edir, almanlara sevdirməyə səy göstərir. Haqqında söhbət açdığım Xədicə xanım Zeynalova Sumqayıt şəhərində dünyaya gəlib. Səkkizinci sinfədək 27 nömrəli məktəbdə oxuyub. Sonra indiki Sumqayıt Musiqi Kollecinə qəbul olunaraq, dörd il də orada təhsil alıb. 1994-cü ildə həmin kolleci musiqi nəzəriyyəsi ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 1994-1998-ci illərdə Bakı Musiqi Akademiyasının bəstəkarlıq və musiqişünaslıq fakultəsində bakalavr, 1998-2000-ci illərdə isə magistr dərəcələrinə yiyələnib. Hər iki dərəcədən də fərqlənmə diplomuna layiq görülüb. Eyni zamanda 1995-2005-ci illərdə Sumqayıt Musiqi Kollecində müəllim işləyib, musiqi nəzəriyyəsi fənnini tədris edib. Həmçinin 2000-2005-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllim kimi çalışıb. 2005-ci ildən Almaniyanın Detmold şəhərində yaşayır…
…Atası Əbdülrəhim kişi Sumqayıtda yaşasa da Bakıda, İçərişəhərdə doğulub boya-başa çatıb. Hərbiçi olub, hazırda istefadadır. Anası Əzizə xanım əslən Corat kəndindəndir. Qida sənayesi üzrə mütəxəsisdir…
Xədicə xanım Almaniyada məskunlaşdıqdan sonra bir il Detmold Konservatoriyasının bəstəkarlıq şöbəsində təhsilini davam etdirib və oranı da fərqlənmə diplomu ilə başa vurub. 2006-2012-ci illərdə Paderborn Universitetinin doktorantı kimi elmi iş üzərində işləyərək "Azərbaycan mədəniyyəti və bəstəkarlıq məktəbi haqqında”, eləcə də "Qərb musiqisinin Azərbaycan musiqisində təzahürü” mövzusunda dissertasiya müdafiə edib, sənətşünaslıq üzrə fəlsəfə doktoru alimlik dərəcəsinə yiyələnib.
2012-ci ildən Musiqi və İncəsənət Məktəbində fortepianodan, 2013-cü ildən isə Detmold Konservatoriyasında müsiqi nəzəriyyəsindən dərs deyir…
…Səyahət etməyi xoşlayır. Artıq avropa ölkələrinin bir çoxunda turist kimi səfərdə olub. Getdiyi ölkələrin muzeylərini ziyarət etməkdən zövq alır. Söylədiyinə görə, gözəl rəsm əsərinə baxıb ilhamlanır. Bu isə yeni musiqi əsərinin yaranmasına səbəb olur…
Otuzdan çox kitabın müəllifidir. Həmin əsərlər Hollandiya, İngiltərə, Almaniya nəşriyyatlarında işıq üzü görüb. ADR-in 100 illiyinə həsr olunan ilk musiqi albomu dünyaşöhrətli "Deutschlandfunk Radio Şirkəti”ndə ərsəyə gətirilib. Haqqında Alman mətbuatında xeyli məqalə dərc olunub. 2016-cı ildə şərq və qərb musiqi alətlərindən ibarət "Bridge of Sound” ansamblını, eləcə də eyniadlı cəmiyyəti yaradıb. İstəyir ki, ansanblı ilə birlikdə dünyanın müxtəlif ölkələrində qastrol səfərlərində olub, ölməz Azərbaycan bəstəkarlarının musiqilərini bütün dünyaya sevdirsin. Şəxsi studiya yaratmaq arzusundadır. İnanırıq ki, o, tezliklə bu arzusuna da çatacaq…
Çox mehriban insandır. Söhbətimiz boyu onun nə qədər alicənab, yüksək zövqlü, kübar bir xanım olduğuna şahidlik etdim. Zarafat deyil, 2019-cu ilin yanvar ayından hər il keçirilən qadın bəstəkarların beynəlxalq müsabiqəsinin münsiflər heyətinə seçilən yeganə azərbaycanlıdır…
Bəli, milli musiqimizi xaricdə sevə-sevə təbliğ edən, iştirakçısı olduğu tədbirlərdəki çıxışlarında "Azərbaycan” kəlməsi dilindən düşməyən, vətəni göz bəbəyi qədər əziz bilən bir vətənpərvər soydaşımız haqqında da söhbətim beləcə başa çatdı. Mərhum xalq şairi Cabir Novruzun sözləri ilə desək:
"Onun əvəzi olmur, o hər kəsdən irəli.
Gözdən əzizi olmur, Vətən gözdən irəli”…
(Xeberle.com istinadən)
Elman Eldaroğlu,
ABŞ, Miçiqan








Reklam
Xəbər lenti
- 17-12-2020TANRI ÖZÜ DEYƏCƏK...
- 04-12-2020Qalanı xatirədir...
- 02-12-2020“Sumqayıt – dənizə addımlayan şəhər. SUM qayıtdı...”
- 22-11-2020Sumqayıtlı döyüşçü Vüsal Hətəmov düşmənə qan uddurub
- 20-11-2020Ваши передачи нужны, чтобы понять предел наглости, цинизма и пошлости - письмо Соловьеву от доктора Рафаиля Ширинова
- 20-11-2020BİR QƏRİB TANIDIM
- 13-11-2020ARZULAR GERÇƏKLƏŞMƏDİ...
- 29-08-2020“İşıq” - ilk qadın qəzeti…
- 25-08-2020Niderland krallığında Azərbaycan diasporu "krallığı"
- 22-08-2020Biz birlikdə güclüyük!
- 15-08-2020YUBİLYAR
- 06-08-2020NÜVƏDİYƏ SON SƏFƏR
- 31-07-2020Öz yubileyinə sevinə bilməyən insan Rəhman ORXAN - 70
- 29-07-2020Solaxaylar (esse)
- 29-07-2020Ən ləziz yemək - Buzlu İkiqat Sumqayıt dolması
- 21-07-2020O, BU DÜNYANIN ADAMI DEYİL!..
- 21-07-2020Eyruz Məmmədov: Şəhid general Polad Həşimovun Sumqayıt Şəhidlər xiyabanında möhtəşəm heykəli ucaldılsın!
- 22-06-2020Eyruz Məmmədov: Mənən zəngin adamlar belə hərəkət edə bilər - (Hümbət Həsənoğlu-65)
- 07-06-2020Öncədən görmə
- 20-05-2020DOSTUNU MƏNƏ GÖSTƏR ...
- 16-05-2020ƏFQANISTAN ODLARINDAN KEÇMİŞ SUMQAYITLI PROFESSOR (Sahib Fərzəliyev - 60 yubiley münasibətilə)
- 09-05-2020Mircəfər Bağırovun da kömək etmədiyi 16 yaşlı könülsüz əsgər - 93 yaşlı Şahnisə nənənin HƏYAT HEKAYƏTİ
- 09-05-2020ÖLÜM SEVİNMƏSİN QOY...
- 29-04-2020Qızcığazın taleyi
- 22-04-2020SEVGİ İLƏ…EVDƏ QAL! (esse)
- 22-04-2020İRADƏSİ GÜCLÜ OLAN İNSANLAR STRESSDƏN ÇIXA BİLİRLƏR
- 20-04-2020BİZİM 1 YAŞIMIZ
- 06-04-2020Paris, Şaz-Elize küçəsi - ESSE
- 21-03-2020Refreyminq yazı – İlqar Kamil
- 21-03-2020Eyruz Məmmədovdan Sumqayıtın 70 illiyinə daha bir töhfə! - monumental Sumqayıt foto-salnaməsi!
- 21-03-2020Öz dəsti-xətti olan sənətkar - (Portret cizgiləri) Ağalar İDRİSOĞLU-70
- 21-03-2020Şah İsmayılın nənəsi yunan idimi?
- 21-03-2020Əbədi növbə haqqında...
- 21-03-2020EY HƏKİM -Əli Ələmi
- 26-02-2020Özgə qisməti
Çox oxunanlar
Yazarlar