Əbədi növbə haqqında...
Dünən ilin axır çərşənbəsi idi. Şəhərimizin tanınmış bir ağsaqqalı mənə zəng edib bayramlaşdı. Ömür boy bu insan hamıya kömək əlini uzadıb. Elə indi də elədir. Hər kəsin dərdini öz dərdi kimi qəbul edir...
Söhbət əsnasında dostum mənə böyük təəssüflə dedi ki, Doktor, eşitdiniz də, filan Avropa ölkəsində virusu olan yaşlı insanları süni tənəffüs aparatına qoşmaqdan imtina ediblər. Dostuma təsəlli üçün həmin ölkənin ünvanına, paralel avropalıların mənəviyyatının ünvanına onun gözlədiyi bir- iki yağlı söz işlətdim. Razı qaldı, sağollaşdıq.
Dostum Feysbukdan uzaq insan olduğundan burada bəzi fikirlərimlə bölüşürəm.
Kritik təbabət deyilən təbabət var. Məsələn, müharibə vaxtı üç yüngül yaralı və bir ağır yaralı varsa, həkimlər ağır yaralı ilə məşğul olmayacaqlar. Müharibədə təbabətin məqsədi qısa müddətdə döyüş meydanına çoxlu döyüşçü qaytarmaqdır. Humanizmdən də heç kim söhbət açmayacaq. Dostumun vurğuladığı Avropa ölkəsində məhdud saylı süni tənəffüs aparatına təcili növbə yaranıbsa, cavanları qabağa salacaqlar, çünki onların xilas olmaq şansı çoxdur, bu xəstəlikdə ahılların şansı isə azdır.
Yaşlı insana sadəcə qıraqda ölməyə bir künc ayıracaqlar. Bu da bilmək istəsəniz, humanizmin rasional formasıdır. Qəlbin, mənəviyyatın hesaba alınmadığı, yalnız quru təfəkkürün məhsulu olan humanizm.
Bu belədir, belə də qəbul edilib.
Tələbələri də belə öyrədirlər.Sualı olan da olmur.
Bir detal var, ancaq bu fikri həkimlər pasiyentə deməməlidirlər, heç cür. Bunu deməmək üçün təbabət elmi- dientologiya düşünülüb. Yəni tibbi personal xəstəyə nəyi deyə bilər, nəyi yox. Mənim ağsaqqal dostum televizordan bu xəbəri heç cür eşitməməli idi. Xəbər zəncirində hansısa jurnalist kobud yanlışlıq edib.
Hamımızın bildiyi, amma açıq etiraf etmədiyimiz həqiqətlər var.
Aydındır ki, bir ölüm növbəsi var və ahıl insanlar bu növbədə öndədirlər. İstisnalar olsa da, mütləq ədalət prinsipi elə Yaradan tərəfindən də qorunur. Amma toplum, millət, xalq min illərlə mənəvi prinsiplər kodeksi hazırlayıb ki, ahıl insanları mürvətlə, ehtiramla, diqqətlə yola salsınlar. Fikir də sadədir, əvvəl sən hörmətlə yola salacaqsan, sonra sənin növbən çatanda hörmətlə səni yola salacaqlar. Bunun üçün müvafiq ibratamiz nağıllar da düşünüblər; qoca atasını səbətdə dağa ölməyə aparan kişi haqda rəvayət kimi, məsələn.
Qloballaşma dövründə bizə Avropa dəyərlərini aşılayırlar. Bəzi dəyərlərə, bəlkə də, ehtiyac var. Amma bizim öz dəyərlərimiz var ki, mənəviyyatımız onlarla yoğrulub.
Qərbdə ağsaqqal, ağbirçək məfhumu yoxdur. Avropada sən durub yerini nəqliyyatda yaşlı insana versən, o insan bunu özünə qarşı təhqir kimi qəbul edər. 18 yaşı olan kimi onlar uşağı evdən aralayırlar ki, daha özün yaşa. Valideynigilə qonaq gələn gənc vaxtında deməyibsə,yeməyi özü ilə gətirməlidir və s, və ilaxır.
Mənim qırx yaşım olanda anam həyat yoldaşıma zəng edirdi ki, uşaq bu gün nə yeyib? Uşaq deyəndə o məni nəzərdə tuturdu, nəvələrini yox.
Bu virus da təbabətdən çox mənəvi dəyərlərimiz üçün bir sınaqdır.
Ölmək haqdır, kim qalacaq ki? Hamı həyatını itirəcək. Deyirəm ki, mənəviyyatımızı, min illərdir milli kimliyimizi qoruyan dəyərlərimizi itirməyək.
Mənim dəyərli ağsaqqal dostumun öz xalqına, sənə, mənə olan inamını itirməyək...
Hümbət Həsənoğlu



Reklam
Xəbər lenti
- 22-02-2021Yazıçı publisist Eyruz Məmmədovun “EPİ” romanı
- 04-02-2021Tənhalıq...
- 29-01-2021"Əllidə ələnənlər"
- 24-01-2021“HEKAYƏLƏR”
- 17-12-2020TANRI ÖZÜ DEYƏCƏK...
- 04-12-2020Qalanı xatirədir...
- 02-12-2020“Sumqayıt – dənizə addımlayan şəhər. SUM qayıtdı...”
- 22-11-2020Sumqayıtlı döyüşçü Vüsal Hətəmov düşmənə qan uddurub
- 20-11-2020Ваши передачи нужны, чтобы понять предел наглости, цинизма и пошлости - письмо Соловьеву от доктора Рафаиля Ширинова
- 20-11-2020BİR QƏRİB TANIDIM
- 13-11-2020ARZULAR GERÇƏKLƏŞMƏDİ...
- 29-08-2020“İşıq” - ilk qadın qəzeti…
- 25-08-2020Niderland krallığında Azərbaycan diasporu "krallığı"
- 22-08-2020Biz birlikdə güclüyük!
- 15-08-2020YUBİLYAR
- 06-08-2020NÜVƏDİYƏ SON SƏFƏR
- 31-07-2020Öz yubileyinə sevinə bilməyən insan Rəhman ORXAN - 70
- 29-07-2020Solaxaylar (esse)
- 29-07-2020Ən ləziz yemək - Buzlu İkiqat Sumqayıt dolması
- 21-07-2020O, BU DÜNYANIN ADAMI DEYİL!..
- 21-07-2020Eyruz Məmmədov: Şəhid general Polad Həşimovun Sumqayıt Şəhidlər xiyabanında möhtəşəm heykəli ucaldılsın!
- 22-06-2020Eyruz Məmmədov: Mənən zəngin adamlar belə hərəkət edə bilər - (Hümbət Həsənoğlu-65)
- 07-06-2020Öncədən görmə
- 20-05-2020DOSTUNU MƏNƏ GÖSTƏR ...
- 16-05-2020ƏFQANISTAN ODLARINDAN KEÇMİŞ SUMQAYITLI PROFESSOR (Sahib Fərzəliyev - 60 yubiley münasibətilə)
- 09-05-2020Mircəfər Bağırovun da kömək etmədiyi 16 yaşlı könülsüz əsgər - 93 yaşlı Şahnisə nənənin HƏYAT HEKAYƏTİ
- 09-05-2020ÖLÜM SEVİNMƏSİN QOY...
- 29-04-2020Qızcığazın taleyi
- 22-04-2020SEVGİ İLƏ…EVDƏ QAL! (esse)
- 22-04-2020İRADƏSİ GÜCLÜ OLAN İNSANLAR STRESSDƏN ÇIXA BİLİRLƏR
- 20-04-2020BİZİM 1 YAŞIMIZ
- 06-04-2020Paris, Şaz-Elize küçəsi - ESSE
- 21-03-2020Refreyminq yazı – İlqar Kamil
- 21-03-2020Eyruz Məmmədovdan Sumqayıtın 70 illiyinə daha bir töhfə! - monumental Sumqayıt foto-salnaməsi!
- 21-03-2020Öz dəsti-xətti olan sənətkar - (Portret cizgiləri) Ağalar İDRİSOĞLU-70
Çox oxunanlar
Yazarlar