Sarı çiçək
Sarı çiçək
Mən qadınam.
Hər gün özümə gül alıram.
Alıram ki,hər dəfə ona baxanda solduğumu hiss eləməyim.
Bu hər kəsin ala biləcəyi güllərdən deyil. O gülü almaq üçün gərək
sevgi, diqqət,şəfqət,maddi və mənəvi qayğılardan məhrum olasan.
Bu qayğlardan məhrum olmayan qadının sevinci isə onun kədərinin gizlənmiş halıdır.Onun kövrək qəlbi o qədər həssasdır ki...
Amma mən qadınam. Bütün bunları özü yarada bilən Qadın.
Özünü sevəsən, diqqət və qayğı göstərəsən.
Arzuladıqlarını ancaq sən özü arzuladığın üçün əldə etməlisən.
Əldə etməyə can atırıq.
Kişi kimi qadın olmadan..
Qadın kimi qadın olaraq.
Qadınla kişinin gücü arasında fərq kişinin gül dükanlarında düzülmüş rəngarəng güllərdən pul ödəyib ala biləcəyi,qadının isə düzənlikdə tikanlar içində ,əlinə tikan batsa da qoparmağa çalışdığı tək sarı çiçəyi əldə etdiyi fərq qədərdir.
Mən qadınam. Hər gün belə yorulmadan sarı çiçəyi dərib qoxulayıram.
Allaha ərizə yazırıq:
Yeri göyü yaradan ,gözümüzə görünməz tək Allaha
Yer üzünün milyon qadınlarından biri olan
Sarı çıcəkdən
Ərizə.
Yazaraq sizdən xahiş edirik ki,dünyada kişi və qadın ədalətsizliyini aradan qaldıraraq ,zəhmətkeş,cəfakeş,əzabkeş qadınların əməyini sarı çiçəklərlə yox, sarı günəşlə qiymətləndirəsiniz. Biz sizə həmişə duaçıyıq. Ümidvarıq ki,qara buludlar tezliklə yox olacaq, Günəş qəlbimizdə mürgüləmiş baharı şəfəqlə oyadacaq.
İmza : Sarı çicək .
Bilirsiniz niyə sarı rəng? Van Qoq da sarı rəngi sevirdi.
Olmayan xoşbəxtliyin rəngi idi sarı rəng.
İnsanlıq
Bir insanı görməyə getdim.
Yatağında uzanmışdı o insan.
İki fərqli insan gördüm aramızda.
Onun həyatı, dünyasıydı bu yataq. Bəlkə də ordan başlayırdı Vətəni.
Çünki gəzə bilmirdi o qızcığaz.
Amma onun nikbin baxışları, gözlərindəki ümid qığılcımları, ürəkdən gələn gülüş səsləri, şirin maraqlı söhbətləri məni yalnız heyrətləndirə bilirdi.
Mən — Varlığım ruhuma tabe olmayaraq üsyancasına amansız taleyə qarşı döyüşən birisi...
Aylar, illər keçir, dönür dövran.Yenə barışmaz ürəyim taleyə qarşı.
Amma o insanı gördükdə anladım ki, nə qədər fərqli insanlarıq biz...
Ruhların döyüşü kimi…
O insan isə kədərini sevincdə basdıran, ürəyində Allah sevgisinə möhkəm bağlı, yaradılışına şükür edən, ürəyində həyat sevgisi olan, hətta məni səbirli olmağa çağıran, yeriyə bilməyən, bəlkə də heç vaxt yeriməyəcək 34 yaşlı mələk bir insan idi o…
Onun arzuları səmada uçan durna qatarına bənzər.
Mənim arzularımsa taleyindən intiqam almaq istəyən bir silah...
Onun da qələmi vardı mənim də… Sadəcə eyni qələmlərimiz ayrı yazırdı.
Nə qədər fərqli idi həyata baxışımız.
O həyatın dostu, mən isə düşməni
Amma hər ikimiz insan idik...
Ayrılıq dəmi çatdı.
Qəfil sordu:
“Mənim şəklimi çəkərsənmi?
Ancaq özüm olum içində...”
Baxdım gözlərinə, bir məsumluq vardı gözlərdə...
Açılan səhərlər o gözlərdə gözəl görünürdü. Bəli, məhz o gözlərdə…
Sanki bir yeni körpə doğulmuşdu.
O körpə insan idi....
Gəlin o insanlara!
Gəlin dilmizə şikəst, kar, kor, lal, çolaq, invalid, iflic sözlərini öyrətməyək..
Sadəcə deyək ki, o insanlar danışa, görə, gəzə bilmirlər....
Ikrah hissi ilə, qulaqlarımızı gizlincə çəkib yanlarından keçməyək...
Deyə bilək ki, insanlar yaşayir, INSANLIQ da yaşayır...
Elmira Kenan

Reklam
Xəbər lenti
- 22-02-2021Yazıçı publisist Eyruz Məmmədovun “EPİ” romanı
- 04-02-2021Tənhalıq...
- 29-01-2021"Əllidə ələnənlər"
- 24-01-2021“HEKAYƏLƏR”
- 17-12-2020TANRI ÖZÜ DEYƏCƏK...
- 04-12-2020Qalanı xatirədir...
- 02-12-2020“Sumqayıt – dənizə addımlayan şəhər. SUM qayıtdı...”
- 22-11-2020Sumqayıtlı döyüşçü Vüsal Hətəmov düşmənə qan uddurub
- 20-11-2020Ваши передачи нужны, чтобы понять предел наглости, цинизма и пошлости - письмо Соловьеву от доктора Рафаиля Ширинова
- 20-11-2020BİR QƏRİB TANIDIM
- 13-11-2020ARZULAR GERÇƏKLƏŞMƏDİ...
- 29-08-2020“İşıq” - ilk qadın qəzeti…
- 25-08-2020Niderland krallığında Azərbaycan diasporu "krallığı"
- 22-08-2020Biz birlikdə güclüyük!
- 15-08-2020YUBİLYAR
- 06-08-2020NÜVƏDİYƏ SON SƏFƏR
- 31-07-2020Öz yubileyinə sevinə bilməyən insan Rəhman ORXAN - 70
- 29-07-2020Solaxaylar (esse)
- 29-07-2020Ən ləziz yemək - Buzlu İkiqat Sumqayıt dolması
- 21-07-2020O, BU DÜNYANIN ADAMI DEYİL!..
- 21-07-2020Eyruz Məmmədov: Şəhid general Polad Həşimovun Sumqayıt Şəhidlər xiyabanında möhtəşəm heykəli ucaldılsın!
- 22-06-2020Eyruz Məmmədov: Mənən zəngin adamlar belə hərəkət edə bilər - (Hümbət Həsənoğlu-65)
- 07-06-2020Öncədən görmə
- 20-05-2020DOSTUNU MƏNƏ GÖSTƏR ...
- 16-05-2020ƏFQANISTAN ODLARINDAN KEÇMİŞ SUMQAYITLI PROFESSOR (Sahib Fərzəliyev - 60 yubiley münasibətilə)
- 09-05-2020Mircəfər Bağırovun da kömək etmədiyi 16 yaşlı könülsüz əsgər - 93 yaşlı Şahnisə nənənin HƏYAT HEKAYƏTİ
- 09-05-2020ÖLÜM SEVİNMƏSİN QOY...
- 29-04-2020Qızcığazın taleyi
- 22-04-2020SEVGİ İLƏ…EVDƏ QAL! (esse)
- 22-04-2020İRADƏSİ GÜCLÜ OLAN İNSANLAR STRESSDƏN ÇIXA BİLİRLƏR
- 20-04-2020BİZİM 1 YAŞIMIZ
- 06-04-2020Paris, Şaz-Elize küçəsi - ESSE
- 21-03-2020Refreyminq yazı – İlqar Kamil
- 21-03-2020Eyruz Məmmədovdan Sumqayıtın 70 illiyinə daha bir töhfə! - monumental Sumqayıt foto-salnaməsi!
- 21-03-2020Öz dəsti-xətti olan sənətkar - (Portret cizgiləri) Ağalar İDRİSOĞLU-70
Çox oxunanlar
Yazarlar