Monqol dili -ESSE
Bir beynəlxalq konfransda müxtəlif ölkələrini nümayəndələri növbə ilə çıxış edirdi. Mənim də qulaqcığımda əsas dillərə sinxron tərcümə gedirdi. Hər çıxışçıya reqlamentə görə beş dəqiqə vaxt ayrılmışdı. Növbə Monqolustandan olan nümayəndəyə çatanda o, səlis ingilis dilində üç dəqiqə çıxış edəndən sonra hamıya belə bir müraciət etdi: “Mən bilirəm ki, burada monqol dilindən tərcüməçi yoxdur, amma mənim ürəyimdən keçdi ki, siz monqol dilini, mənim doğma dilimi eşidəsiniz. Mən istəyirəm ki, dünyanın ən gözəl binalarından biri sayılan və Heydər Əliyevin adını daşıyan bu möhtəşəm sarayda monqol dili səslənsin.”
Bu müraciətdən sonra o, monqol dilində danışmağa başladı.
Hamı bu müraciətə təəccüblənsə də, ona qulaq asmağa başladılar. Qulaqcığımızda eşitdiyimiz tərcüməçi cəmi bircə cümlə dedi: “O, monqolca danışır!”
Sonrakı iki dəqiqə ərzində böyük zalda tam sakitlik çökdü. Monqol öz dilində danışırdı. Heç kim, heç nə başa düşməsə də, hamı bu insana diqqətlə qulaq asırdı. Bu əzəmətli zal yəqin ki, hələ belə sakitlik eşitməmişdi. Hamı mat-məəttəl monqolun ağzına baxır, onun intonasiyasından nəsə anlamağa çalışırdı.
Monqol natiq çıxışını bitirib ingiliscə hamıya təşəkkür etdi. Zala sakitlik çökdü. Və birdən iştirakçılar eyni anda, vahid komanda almış kimi monqola əl çalmağa başladılar. Əlçalmalar gücləndi, alqış sədaları səsləndi, insanlar ayaq üstə durub onu gur alqışlamağa başladılar. Monqol özü də gözləmədiyi belə reaksiyadan şaşaraq tez-tez təzim etməyə başladı.
Hamı bu insanın öz xalqına, öz dilinə olan məhəbbətini alqışlayırdı. Hər kəs bir neçə gün xaricdə olmuş bu insanın qəribsədiyi vətənə sevgisini alqışlayırdı!
Əmin idim ki, əslində, hərənin öz vətəni, öz dili yadına düşmüşdü, hərə öz həmvətənlərini, doğmalarını düşünüb əl çalırdı.
Mən öz vətənimdə olsam da, elə özümüzə, doğma azərbaycanlılarımıza, bu vətənpərvər monqola hamıdan bərk əl çalırdım.
Hümbət Həsənoğlu



Reklam
Xəbər lenti
- 22-02-2021Yazıçı publisist Eyruz Məmmədovun “EPİ” romanı
- 04-02-2021Tənhalıq...
- 29-01-2021"Əllidə ələnənlər"
- 24-01-2021“HEKAYƏLƏR”
- 17-12-2020TANRI ÖZÜ DEYƏCƏK...
- 04-12-2020Qalanı xatirədir...
- 02-12-2020“Sumqayıt – dənizə addımlayan şəhər. SUM qayıtdı...”
- 22-11-2020Sumqayıtlı döyüşçü Vüsal Hətəmov düşmənə qan uddurub
- 20-11-2020Ваши передачи нужны, чтобы понять предел наглости, цинизма и пошлости - письмо Соловьеву от доктора Рафаиля Ширинова
- 20-11-2020BİR QƏRİB TANIDIM
- 13-11-2020ARZULAR GERÇƏKLƏŞMƏDİ...
- 29-08-2020“İşıq” - ilk qadın qəzeti…
- 25-08-2020Niderland krallığında Azərbaycan diasporu "krallığı"
- 22-08-2020Biz birlikdə güclüyük!
- 15-08-2020YUBİLYAR
- 06-08-2020NÜVƏDİYƏ SON SƏFƏR
- 31-07-2020Öz yubileyinə sevinə bilməyən insan Rəhman ORXAN - 70
- 29-07-2020Solaxaylar (esse)
- 29-07-2020Ən ləziz yemək - Buzlu İkiqat Sumqayıt dolması
- 21-07-2020O, BU DÜNYANIN ADAMI DEYİL!..
- 21-07-2020Eyruz Məmmədov: Şəhid general Polad Həşimovun Sumqayıt Şəhidlər xiyabanında möhtəşəm heykəli ucaldılsın!
- 22-06-2020Eyruz Məmmədov: Mənən zəngin adamlar belə hərəkət edə bilər - (Hümbət Həsənoğlu-65)
- 07-06-2020Öncədən görmə
- 20-05-2020DOSTUNU MƏNƏ GÖSTƏR ...
- 16-05-2020ƏFQANISTAN ODLARINDAN KEÇMİŞ SUMQAYITLI PROFESSOR (Sahib Fərzəliyev - 60 yubiley münasibətilə)
- 09-05-2020Mircəfər Bağırovun da kömək etmədiyi 16 yaşlı könülsüz əsgər - 93 yaşlı Şahnisə nənənin HƏYAT HEKAYƏTİ
- 09-05-2020ÖLÜM SEVİNMƏSİN QOY...
- 29-04-2020Qızcığazın taleyi
- 22-04-2020SEVGİ İLƏ…EVDƏ QAL! (esse)
- 22-04-2020İRADƏSİ GÜCLÜ OLAN İNSANLAR STRESSDƏN ÇIXA BİLİRLƏR
- 20-04-2020BİZİM 1 YAŞIMIZ
- 06-04-2020Paris, Şaz-Elize küçəsi - ESSE
- 21-03-2020Refreyminq yazı – İlqar Kamil
- 21-03-2020Eyruz Məmmədovdan Sumqayıtın 70 illiyinə daha bir töhfə! - monumental Sumqayıt foto-salnaməsi!
- 21-03-2020Öz dəsti-xətti olan sənətkar - (Portret cizgiləri) Ağalar İDRİSOĞLU-70
Çox oxunanlar
Yazarlar