• Ana səhifə
  • Bioqrafiya
  • Videolar Sumqayıt haqda filmlər Sənədli filmlər Televiziya çıxışıları
  • Əsərləri Bədii əsərləri Publisistika
  • Yaradıcılığı Nəsr Poeziya Mədəniyyət Maraqlı faktlar
  • Sumqayıt haqda Retro fotolar Sosialist əməyi qəhrəmanları Sumqayıtın fəxri vətəndaşları Sumqayıt yazarları İdman Sumqayıtla qardaşlaşmış şəhərlər Sumqayıtın qurucuları
  • Sumqayıt yazarlarının məqalələri Əli Əmirov Rəhman Orxan Vüsal Hətəmov Arif Ərşad Hümbət Həsənoğlu
  • Maraq Polemika Aforizmlər Dünənə boylan
  • Müsahibə
  • Sayt haqqında
  

“İŞIQ”-n İŞIĞINA TOPLAŞANLAR və yaxud gənc yazıçı Günel Eyvazlının esseləri haqında fikir və mülahizələr

Bu yaxınlarda yazıçı-publisist Günel Eyvazlının “İşıq” kitabını diqqətlə oxuduğumdan öz fikrimi oxucularla bölüşmək qərarına gəldim. Doğrusu, müəllifin esselərindən ibarət olan bu topluda söylənilən hər bir fikir, dərin məna, irəli sürülən ideya və onun ətrafında aparılan polemik söhbət məni keçmişə, Azərbaycan Dövlət Universitetində oxuduğum illərə apardı. Gözlərim qarşısında mərhum xalq şairi Bəxtiyar Vahabzadə, ədəbiyyatşünas alimlərdən Pənah Xəlilov, Şamil Qurbanov, Firuz Sadıqzadə, Vəkil Hacıyev dayandı. Onların mühazirələrinə diqqətlə qulaq asırdıq. Çox vaxt mövzudan kənara çıxaraq, dünyanın ədəbi mühitində baş verən hadisələrdən, müxtəlif cərəyanlardan, yaranan ziddiyyətlərdən o qədər geniş və əhatəli məlimat verirdilər ki, biz də onları yaddaşımıza köçürərək, sonralar həmin dövrün və mühazirələrdə söylənilən və adları çəkilən tarixi şəxsiyyətlərin əsərlərini oxumaq üçün çox vaxt yolumuzu kitabxanaya salırdıq.
        Az-çox dünya ədəbiyyatı ilə tanış olduğumdan, məşhur yazarların roman və poemaları ilə yanaşı, esseləri ilə də maraqlanırdım.  İspan Rafael Arqulolu, fransız Alber Kamyunu, belçikalı Pyer Koranı, rusiyalı Aleksandr Leontyevi, İlya Orenburqu, azərbaycanlı Emil Ağayevi, Rafael Hüseynovu və başqalarını misal gətirə bilərəm. Bu, qələm sahiblərinin hər bir essesi təkcə bir mövzunu əhatə etmirdi. Əsrlərin, qərinələrin dərin qatlarında açılmayan səhifələrə işıq vermək, həmin dövrün ictimai-ədəbi mühitindən qidalanan və bəşəri mövzulara toxunaraq, insan idrakına impuls verən fikirlərin, ideyaların böyük bir məcmusuna rast gəlirsən. Onların dahliyi ondan ibarət idi ki, yazıları ilə oxucuları düşünməyə vadar edirdi. Esselərin hər biri böyük oxucu kütləsi üçün sanki bir dərslik idi.  
       Mənə elə gəlir ki, (hər halda bu, mənim fikrimdir), Günel Eyvazlının esseləri də bir növ böyük auditoriyada əyləşən tələbələr üçün hazır mühazirələrdir. Hər bir essesindən dünyaşöhrətli alimlərin, filosofların, rəssamların, yazıçı və şairlərin yaradıcılığından, ədəbi-fəlsəfi fikrin formalaşmasında həmin tarixi şəxsiyyətlərin əməyindən kifayət qədər məlumat əldə etmək mümkündür. Günel xanım hər bir hadisəyə öz prizmasından yanaşır, oxucunu maraqlandırmaqla yanaşı, düşünməyə məcbur edir.
      Ümumiyyətlə, mən belə düşünürəm ki, hər bir bədii əsər informasiya xarakterlidir, kitabı oxuyub mənəvi zövq almaqla yanaşı, hansı dövrü əhatə edirsə-etsin, həmin dövrdə baş verən olaylardan oxucu özü üçün lazımi məlumat əldə edir, ola bilsin, mənim bu fikrimlə razılaşmayanlar da olsun.
Günel xanımın esselərində oxucu üçün kifayət qədər zəngin məlumat vardır. Qaranlıqda işığın çırağını tapıb, oxucuya məlum olmayan mətləbləri tam aydınlığı ilə çatdırmaq yazıçının ümdə vəzifəsi olmalıdır. Günel xanım bu vəzifənin öhdəsindən bacarıqla gəlmişdir.
       Müəllifin dünyagörüşü, intellektual səviyyəsi, həyata baxışı, hadisələrə məntiqi yanaşması, fəlsəfi fikirləri bir daha onu sübut edir ki, qələmə almaq istədiyi mövzu ilə bağlı çoxlu mütaliə etmiş, sonra masa arxasına keçmişdir. Bu, yazıçının müsbət cəhətidir. Birincisi, hər hansı bir mövzuya yarımçıq yanaşmaq, tələsik cızma-qara etmək, qələm əhlinə hörmət gətirmir, ikincisi, həmin müəllifin özü mövzudan kənara düşür.  Ən başlıcası isə oxucu tərəfindən ciddi qəbul edilmir. G.Eyvazlı mövzunu tam qavrayandan, onu özününkü edəndən,  daxilində olan senzorun süzgəçindən keçirəndən sonra oxucu qarşısına çıxmağı bacarır.
     Günel xanımın bir yazar kimi öz üslubu, dəsti-xətti var, bu onu başqalarından ciddi şəkildə fərqləndirir. O, nə modernistdir, nə sürrealist, nə sentimentalist, nə də abctraksionist. Mən deyərdim, Günel xanım, mənim fikrimcə, personalistdir. Bu, bəlkə də mənim subyektiv fikrnmdir, ola bilsin müəllif mənimlə razılaşmasın. . Hər halda fikrimi açıqlamağa çalışacaqam. Siz onun esselərinə fikir verin. Dahi şəxsiyyətlərin həyatı ilə yanaşı, onların dünyaya fərqli düşüncələri necə də aydın şəkildə izah edilir. Hər bir personanın, istər filosof olsun, istər alim, istərsə də yazıçı, fərqi yoxdir, obyek birdir və onların geniş və möhtəşəm yaradıcılığına fərdi yanaşma bizi həmin dahilərin bəzən işıqlı, bəzən də qaranlıq həyatına daha yaxın edir. Personalizm dahilərin ruhlarının məcmuudur. Bu, mənim fikrim deyil. Bu, aqillərin fikridir. Ruhların üz tutduğu ünvan isə tək Allahdır. Personalzmi D.Dikkensin, A.Kristinin, E.Hemunqueyin, T.Mannın, M.Bulqakovun, N.Berdyayevin, L.Şestovun, Amerika yazıçı və filosoflarından B.Baunun, Dj.Roysun, X.Xokkinqin və başqalarının esselərində də rast gəlmək olar.
       G.Eyvazlı bu məqamı gözəl tutub və onu tam aydınlığı ilə canlandıra bilib, sözcüz, bir neçə nəfəri istisna etmək şərti iə.
      Günel xanım tarixi personaların bir varlıq kimi görünənlə görünməyən arasında bir körpü yarada bilir, bu, ruhlar körpüsüdür. Yenə də təkrar edirəm, ola bilsin istər oxucu, istərsə də müəllif mənimlə razılaşmasın. Hər halda “İşıq” kitabı mənə əsas verir deyim ki. G.Eyvazlı tarixi şəxsiyyətlərin yaradıcılıq laboratoriyasında yaranan fəlsəfi və romantik fikirlərini aydın şəkildə ifadə edən personalistdir. Ola bilər, gələcək əsərlərində onu sürrealist, postmodernist və yaxud avanqardist adlandıracağam, kim bilir, hər şey ola bilər.  
      Günelin esselərində bir maraqlı məqama da diqqətinizi çəkmək istəyirəm. Əgər siz  “Siluet”, “Qadın ədəbiyyatı”, “Gündəlik xatirələr toplusu”, “Səadətin ünvanı” və sair yazılarını oxusanız, görərsiniz ki, həcmcə kicik və yaxud böyük yazılarda müxtəlif keçidlərə rast gəlirik. Nədir bu keçidlər? Mövzudan kənara çıxmaqmı və yaxud oxucuda çaşqınlıq yaratmaqmı? Xeyr, belə deyil. Bu, keçidlər mirvari kimi biri-birinə bağlı olduğundan daha oxunaqlıdır, düşüncəlidir. Məsələn, söhbət Yesenindən gedir, sonra müəllif Tolstoyun əsərlərinə transfer edir. Tolstoydan danışarkən, qədim yunan filosofu Diogendən misal çəkir, Puşkinə müraciət edir, Ekkermanı yada salır, Hötenin “Faust”unun fəlsəfəsini açmağa cəhd edir, Pikassonun dahiliyindən danışır, Dostoyevskinin Rafaelin “Sikstin madonnası” əsərinin necə təsir qüvvəsinə malik olduğunu söyləyir. Bu keçidlər oxucunu yormur, əksinə, oxucunu öz ardınca aparır və zəngin məlumat verir. Ümumiyyətlə bədii ədəbiyyatda keçidlərə meyl edən yazıçılara rast gəlmək mümkündür. Mən bunu daha çox Folknerin əsərlərində görmüşəm. Günel xanım bu formadan özünəməxsus şəkildə, fərdi üsluba söykənərək, məharətlə istifadə edir. O, özünün ideyasını tam çılpaqlığı ilə ortaya qoyaraq, müxtəlif manevrlərə əl atır, oxucunu istər-istəməz həmin mühütə salır, onu maraqlandırır, düşündürür. Bu, qələm sahibinin uğurudur.
       G.Eyvazlının hər hansı mövzu ilə bağlı öz fikirləri var, bu onun düşüncələridir və bunların çoxusu ilə razılaşmamaq olmur. Günel Tolstoyu rus xalqının parlaq günəşi adlandırır. Onun dahiliyini göstərməklə yanaşı, xeyirxahlığı, kasıblara yardım etməsini qeyd edir. Tolstoyun xeyirxahlığının biri də ondan ibarətdir ki, o, böyuk əsərlər yaratmaqla yanaşı, ehtiyac üzündən uşaqlarını oxutdura bilməyən kəndli balaları üçün  «Ясная поляна»-da məktəb tikdirir, müəllim tutur, onlara əmək haqqı verir, dərsliklərin hamısını özü yazır.
     Günel Eyvazlı onu rus xalqının parlaq günəşi adlandırmaqla yanaşı, bir vətəndaş kimi xalqının gələcəyini düşünən və onların yolunda öz zəkası və xeyirxalığı ilə işıq saçdığını bildirmək istəyir.
     “Gündəlik- xatirələr toplusu. Memuarlar yazmaq lazımdır?” essesində maraqlı və əhəmiyyatli bir məsələyə toxunur. Müəllif yazır: “...memuar, söhbətlər toplusunun yoxluğu ədəbiyyatımızda müəyyən boşluq yaradır. Halbuki bu sahənin işlənməsinə böyük ehtiyac var”. Bu, həqiqətdir.
      Azərbaycan ədəbiyyatının keçdiyi inkişaf yoluna nəzər salsaq, həqiqətən böyük bir boşluğun olduğunun şahidi ola bilərik. Burada belə bir sual yarana bilər. Oxucu belə əsərləri qəbul etmək istəmir, yoxsa bu, onların mənəvi ehtiyacını ödəmir? Deməzdim ki, ödəmir, əksinə, memuar janrına münasibət birmənalı olmasa da, ədəbiyyatımızda bu boşluğu aradan götürməklə, biz xalqımızın yaradıcı zümrəsini daha dərindən tanıya bilərik. Oxucuların çoxunda, əsas da cavanlarda, belə təəssürat yaranır ki, əgər bu böyük yazıçıdırsa, deməli, onun həyatı parlaq günəş altında keçib. Bu, cəhv anlayışdır. Balzak, Van Qoq, Paqanini, Motsart, Tolstoy,  Dostoyevski, Qorki, Yesenin, Bulqakov, Kuprin, Axmatova haqqında xatirələri oxuyanda dahi şəxsiyyətlərin heç də xoşbəxtlik durumunda olduqlarını görmürük, əksinə, çoxusunun necə də acınacaqlı bir vəziyyətdə yaşadıqlarınlın, əzablı günlərinin şahidi oluruq. Edqar Po haqqında yazılan xatirələri oxuduqca bu sənətkarın həyatına biganə qala bilmirsən. Düzdür, aralarında spirtli içkiyə meyilli olanlar və öz həyatlarını məhv edənlər də vardır. Bununla belə, əsl oxucu üçün dahilərin memuarlarının və yaxud xatirələrin yazılması vacibdir. Niyə bizim ədəbiyyatımızda bu janr zəif inkişaf edib? Mənə elə gəlir ki, burada təşəbbüs göstərən və yaxud bu təşəbbüsə münasibət bildirən yaradıcı təşkilatlar həmişə passif mövqedə dayanıblar. Təkanverici qüvvə olmayıb. Bunu etiraf etməliyik, bir-iki yazıçıların xatirələrini istisna etmək şərti ilə.  
Seyfəddin Dağlının “Bahar oğlu” kitabı bütünlüklə Cəfər Cabbarlının həyatına həsr edilmişdir. Burada böyük ədib haqqında maraqlı nyuanslar çoxdur. Hərdən fikirləşirəm, görəsən niyə Rəsul Rza, Suleyman Rəhimov, İsmayıl Şıxlı, Mirzə İbrahimov özlərindən sonra gələcək nəsil üçün memuar-xatirə yazıb qoymayıblar. Yazılsaydı, məmnuniyyətlə oxucularından biri də mən olardım.
        Moskvada Rusiya Kinemotoqrafiya İnstitutunda rejissorluq fakültəsində məşhur kino-rejissor Eldar Ryazanovun xatirıərini tələbələrə bir dərslik kimi, oxutdururlar. Çünki onun yazdıqlarında kinoda fərdi metodologiyanın hazırlanması, mövzuya yanaşma tərzi, aktyorlarla işləmə siyasəti, fərqli düşüncə, müxtəlif priyomlar, bir sözlə, kinonun bir çox sirrləri açılır, bu da gənc rejissorlar üçün böyük bir təcrübədir.
      Bu problem Günel Eyvazlını narahat etdiyindın o, daha sonra yazır: “Zaman keçir. Yeni ədəbi nəsil yetişir. Məncə indi bizim də əlimizə qələm alıb bizdən sonrakı nəsillər üçün özümüzü səmimi hisslər ilə tanıtmağa ehtiyac var”. Mənə elə gəlir ki, artıq şərhə ehtiyac yoxdur.
    Müəllifin esselərində məni bir məqam da cəlb etdi. Bu da Adəm və Həvvanın yaradılması ilə, üçüncülərin (bu, müəllifin fikridir) peyda olması və dünyanın tarazlığını pozmaqda fəal olmaları çoxlarını düşündürən kimi, məni də həmişə düşündürüb. Bütün müharibələr, kataklizmalar, fəlakətlər, qana, ölümə səbəb olan intriqalar, göz yaşları ağıllı, zəkalı, bəşəriyyəti, sivil dünyanı düşünən insanlar görəsən əlini silaha atarmı? Nədir bu? İnsan psixikasının pozlunluğu, hökmdarlıq etmək niyyəti, yoxsa tarixdə iz qoymaq eşqi? Mən bunların heç birini qəbul edə bilmirəm və inanıram ki, müəllifin qeyd etdiyi kimi, bu üçüncülər, yəni iblislər, şeytanlar aqressiv ideologiyanı yaxşı təmsil edirlər. İnsanın qəlbinə girib, yoldan sapdıran da məhz onlardır. Hərdən özüm-özümə sual verirəm: Görəsən niyə dünyamiqyaslı alimlərimiz aqressivliyə xidmət edən kəşflər edir, buna görə də Nobel mükafatı alırlar. QİÇSin, xərçəngin, şəkərin, təbii fəlakətlərin, zəlzələrin qarşısında isə sanki acizdirlər.
     Bir sənədli film yadıma düşür. Amerika Yaponiyanın Xirosima və Naqasaki şəhərlərinə atom bombası atandan sonra bir zabit meyidləri ayaqlaya-ayaqlaya gedir. Arxasınca qoca bir kişi düşür və hər dəfə eyni sualı verir: Kimdir günahkar? Zabit gördüklərindən dəhşətə gəlir, özünə, bütün bəşəriyyətə, atom bombasını kəşf edənlərə nifrət edir. Nəhayət qocanın sualından bezmiş kimi, geri çönüb deyir: Günahkar Enşteyndir.
    Bəli Enşteyn! Bir gün ondan soruşanda ki, sizin icad etdiyiniz silah yüz  minlərlə insanı məhv etdi. Bunu niyə kəşf edirdiniz? Alim belə cavab vermişdir: Bilsəydim ki, atom bombasını Yaponiyaya atacaqlar, mən gedib yaxşı çəkməçi olardım.
    Budur, Enşteynin etirafı və təkcə onun yox.. Bu, misalı gətirməkdə Günel Eyvazlının sözlərinə qüvvət verərək, demək istəyirəm ki, hələ də, bu iblislər mövcuddur və çox vaxt onlar qalib gəlirlər. Paqaninidən də bir fikri misal çəkmək yerinə düşərdi. Dahi sənətkar deyirdi: “Mən səhnədə tamaşaçılar önündə çıxış edəndə, qarşımda iblis dayanır, dirijorluq edir və mən özümü unuduram”.  Düşünməyə dəyər.  
   Günel Eyvazlı yazıçı-publisist olmaqla yanaşı, həm də tədqiqatçıdır. O, dünya və çağdaş ədəbiyyatımızı dərindən bilir, onu araşdırmaqla məşğuldur, analizlər edir, oxşar və fərqli cəhətlərini axtarır, sonda özünün obyektiv fikrini ifadə edir. Mən hətta tədqiqatçı sözünün qarşısına bir “elm” sözünü də əlavə edərdim. Çünki müəllifin esseləri bir elmi axtarışdır, zəngin mütaliədir, sonsuz gecələrin bəhrəsidir. Əgər belə olmasaydı, onun yazıları primitiv, oxunaqsız olardı. Lakin hər essesində kitabın adı kimi, bir işıq var.  


     Bu, müsbət haldır. Bununla belə, yaxşı olardı ki, tarixi şəxsiyyətlərin həyat və yaradıcılığı ilə bağlı apardığı tədqiqatlar bir az dərin, çoxşahəli, problematik olarsa, daha yaxşı olar. Bu, oxucuda informatik məlumatın geniş olmasına zəmin yaradar. Elə məqamlara toxunmaq lazımdır ki, oxucu esseni oxuyandan sonra düşünməyə məcbur olsun. Bu, onun inkişafı deməkdir. Dahilərdən birinin yaxşı bir sözü var: “Sağlam düşüncə olmadan sağlam dövlət yaratmaq olmaz”. Bu, həqiqətən belədir. Günel xanımın bütün yazıları sağlam düşüncəyə söykəndiyindən onları yarımçıq oxumaq, vərəqini qatlayıb kitab rəfinə qoymaq olmur. Niyə? Çünki mənimsədiyin materiala laqeyd qala bilmirsən. Dahilərdən, ola bilsin, kiminsə həyatı ilə öyünürsən, kiminsə həyatına acıyırsan. Günel Eyvazlı bütün bunları elə həssaslıqla qələmə alıb ki, bəzi esselərini həyəcansız oxumaq bilmir.
     Esse təkcə ədəbi janr deyil, həm də maarifçilik missiyasını yerinə yetirir. Yuxarıda əbəs yerə demirdim ki, G.Eyvazlının esseləri hazır mühazirələrdir, tələbələr ondan ancaq bəhrənə bilərlər.
     “İşıq” kitabında biz dahilərlə rastlaşırıq. Nizami, Şekspir, Höte, Dostoyevski, Tolstoy, Puşkin, Betxoven, Pikasso, Kafka, Hüseyn Cavid və sair. Yaxşı olardı ki, Günel xanım müasir çağdaş ədəbiyyatımıza da dərindən nüfuz etsin, bizi maraqlandırsın. Gəlin etiraf edək ki, bu gün ədəbiyyatımızda araşdırmaçı-esseistləri barmaqla saymaq olar. Bu, janra müraciət edənlər azdır. G.Eyvazlı özünün intelektual potensialı ilə bu boşluğu doldurmaqla məşğuldur və maraqlı yazıları ilə artıq özünə böyük oxucu auditoriyası toplayıb. Bunu ancaq alqışlamaq lazımdər.
     Narahat edən bir məsələ də var. Son illər telekanallarımızda aparılan zövqsüz, primitiv şoular tamaşaçını nə qədər iyrəndirirsə, artıq bu iyrənc və millətimizin əxlaqına, ləyaqətinə yabançı olan, Dostoyevski ilə Belinskini biri-birindən ayıra bilməyən bəzi üzdəniraq, dırnaqarası “nasir”lər ədəbiyyatımıza ayaq açaraq, oxucuların bədii zövqünü zibilləməklə məşğuldurlar. Maarifçilik, milli dirçəliş, adət-ənənələr, mədəni irsimiz teleməkanlarda sıxışdırılır. Ekranlarımıza əcayib rənglər qatılıb. Ana dilimizin saflığına çirkab qatılır. Çox təəssüf...
    Mayakovski yazırdı: “Söz insan qüdrətinin baş sərkərdəsidir”. Bu gün telekanallarımız və bəzi mətbu orqanlarımız baş sərkərdə rolunu oynayırmı? Bu haqda düşünməyə dəyər.  
    Bir sözlə, gənc yazıçı Günel Eyvazlının “İşıq” kitabı ədəbi mühitimizdə anlaşılan və hərdən anlaşılmayan olaylar arasında öz işığı və cəsarəti fikirləri ilə seçilir. Bu işığın ətrafına toplaşanlar da mənə elə gəlir ki, az deyil.


Eyruz Məmmədov, 
Respublikanın əməkdar jurnalisti шаблоны для dle 11.2





authorBaxış - 1 476 authorŞərhlər - 0 authorYüklənmə tarixi - 18-10-2019, 20:31


TANRI ÖZÜ DEYƏCƏK...
Qalanı xatirədir...
Ваши передачи нужны, чтобы понять предел наглости, цинизма и пошлости - письмо Соловьеву от доктора Рафаиля Ширинова
“İşıq” - ilk qadın qəzeti…
Niderland krallığında Azərbaycan diasporu "krallığı"
Eyruz Məmmədov: Şəhid general Polad Həşimovun Sumqayıt Şəhidlər xiyabanında möhtəşəm heykəli ucaldılsın!
Əbədi növbə haqqında...
Monqol dili -ESSE
Xoşbəxtlik – ESSE
Yazıçı Hümbət Həsənoğlunun möhtəşəm Türkiyə uğurları
Sumqayıt hadisələrini filmə çevirən rejissor – Həyat Hekayəti
MƏKTUBLAR - ESSE
Reklam
Xəbər lenti
  • 22-02-2021Yazıçı publisist Eyruz Məmmədovun “EPİ” romanı
  • 04-02-2021Tənhalıq...
  • 29-01-2021"Əllidə ələnənlər"
  • 24-01-2021“HEKAYƏLƏR”
  • 17-12-2020TANRI ÖZÜ DEYƏCƏK...
  • 04-12-2020Qalanı xatirədir...
  • 02-12-2020“Sumqayıt – dənizə addımlayan şəhər. SUM qayıtdı...”
  • 22-11-2020Sumqayıtlı döyüşçü Vüsal Hətəmov düşmənə qan uddurub
  • 20-11-2020Ваши передачи нужны, чтобы понять предел наглости, цинизма и пошлости - письмо Соловьеву от доктора Рафаиля Ширинова
  • 20-11-2020BİR QƏRİB TANIDIM
  • 13-11-2020ARZULAR GERÇƏKLƏŞMƏDİ...
  • 29-08-2020“İşıq” - ilk qadın qəzeti…
  • 25-08-2020Niderland krallığında Azərbaycan diasporu "krallığı"
  • 22-08-2020Biz birlikdə güclüyük!
  • 15-08-2020YUBİLYAR
  • 06-08-2020NÜVƏDİYƏ SON SƏFƏR
  • 31-07-2020Öz yubileyinə sevinə bilməyən insan Rəhman ORXAN - 70
  • 29-07-2020Solaxaylar (esse)
  • 29-07-2020Ən ləziz yemək - Buzlu İkiqat Sumqayıt dolması
  • 21-07-2020O, BU DÜNYANIN ADAMI DEYİL!..
  • 21-07-2020Eyruz Məmmədov: Şəhid general Polad Həşimovun Sumqayıt Şəhidlər xiyabanında möhtəşəm heykəli ucaldılsın!
  • 22-06-2020Eyruz Məmmədov: Mənən zəngin adamlar belə hərəkət edə bilər - (Hümbət Həsənoğlu-65)
  • 07-06-2020Öncədən görmə
  • 20-05-2020DOSTUNU MƏNƏ GÖSTƏR ...
  • 16-05-2020ƏFQANISTAN ODLARINDAN KEÇMİŞ SUMQAYITLI PROFESSOR (Sahib Fərzəliyev - 60 yubiley münasibətilə)
  • 09-05-2020Mircəfər Bağırovun da kömək etmədiyi 16 yaşlı könülsüz əsgər - 93 yaşlı Şahnisə nənənin HƏYAT HEKAYƏTİ
  • 09-05-2020ÖLÜM SEVİNMƏSİN QOY...
  • 29-04-2020Qızcığazın taleyi
  • 22-04-2020SEVGİ İLƏ…EVDƏ QAL! (esse)
  • 22-04-2020İRADƏSİ GÜCLÜ OLAN İNSANLAR STRESSDƏN ÇIXA BİLİRLƏR
  • 20-04-2020BİZİM 1 YAŞIMIZ
  • 06-04-2020Paris, Şaz-Elize küçəsi - ESSE
  • 21-03-2020Refreyminq yazı – İlqar Kamil
  • 21-03-2020Eyruz Məmmədovdan Sumqayıtın 70 illiyinə daha bir töhfə! - monumental Sumqayıt foto-salnaməsi!
  • 21-03-2020Öz dəsti-xətti olan sənətkar - (Portret cizgiləri) Ağalar İDRİSOĞLU-70

Çox oxunanlar

    MÜDRİKLİYƏ ATILAN ADDIMLAR Və yaxud dostum haqqında kiçik ştrixlər MÜDRİKLİYƏ ATILAN ADDIMLAR Və yaxud dostum haqqında kiçik ştrixlər
    O,  BU  DÜNYANIN  ADAMI  DEYİL!.. O, BU DÜNYANIN ADAMI DEYİL!..
    Biz birlikdə güclüyük! Biz birlikdə güclüyük!
    “İŞIQ”-n İŞIĞINA TOPLAŞANLAR və yaxud gənc yazıçı Günel Eyvazlının esseləri haqında fikir və mülahizələr “İŞIQ”-n İŞIĞINA TOPLAŞANLAR və yaxud gənc yazıçı Günel Eyvazlının esseləri haqında fikir və mülahizələr
    QULU MƏHƏRRƏMLİ: TELEVİZİYANI ŞOU ƏHLİNİN İXTİYARINA BURAXMAQ OLMAZ, TELEKANALLARDA CİDDİ İSLAHATLAR APARILMALIDIR QULU MƏHƏRRƏMLİ: TELEVİZİYANI ŞOU ƏHLİNİN İXTİYARINA BURAXMAQ OLMAZ, TELEKANALLARDA CİDDİ İSLAHATLAR APARILMALIDIR
    DOSTUNU  MƏNƏ  GÖSTƏR ... DOSTUNU MƏNƏ GÖSTƏR ...
    Tanıyaq və tanıdaq Tanıyaq və tanıdaq
Yazarlar
SUMQAYIT, SUMQAYITI SEVƏNLƏRİNDİR. ONU YAŞATMAQ VƏ İNKİŞAF ETDİRMƏK HAMININ BORCUDUR
ARZULAR GERÇƏKLƏŞMƏDİ...
Sən ağlama, mən ağlayım, gözəlim... Əhməd Cavadın Şükriyyəsi
Sumqayıtın yaşıdı, Sovet kosmonavtının, Rusiya baş nazirinin dostu, kimyaçı-mühəndis, yazıçı-şair Süleyman Hüseynov
SAÇLARINA GÜL DÜZÜM! Əli Ələmi
KƏPƏNƏK XOŞBƏXTLİYİ – ESSE
ЮБИЛЕИ ВЕХИ ЯРКОЙ ЖИЗНИ
    
  • YUBİLYAR
    YUBİLYAR
  • 
  • NÜVƏDİYƏ SON SƏFƏR
    NÜVƏDİYƏ SON SƏFƏR
  • 
  • Öz yubileyinə sevinə bilməyən insan Rəhman ORXAN - 70
    Öz yubileyinə sevinə bilməyən insan Rəhman ORXAN - 70
  • 
  • Solaxaylar (esse)
    Solaxaylar (esse)
  • 
  • Ən ləziz yemək - Buzlu İkiqat Sumqayıt dolması
    Ən ləziz yemək - Buzlu İkiqat Sumqayıt dolması
  • 
  • Eyruz Məmmədovdan Sumqayıtın 70 illiyinə daha bir töhfə! - monumental Sumqayıt foto-salnaməsi!
    Eyruz Məmmədovdan Sumqayıtın 70 illiyinə daha bir töhfə! - monumental Sumqayıt foto-salnaməsi!
  • 
  • Öz dəsti-xətti olan sənətkar - (Portret cizgiləri) Ağalar İDRİSOĞLU-70
    Öz dəsti-xətti olan sənətkar - (Portret cizgiləri) Ağalar İDRİSOĞLU-70
  • 
  • Şah İsmayılın nənəsi yunan idimi?
    Şah İsmayılın nənəsi yunan idimi?
  • 
  • Əbədi növbə haqqında...
    Əbədi növbə haqqında...
  • 
  • EY HƏKİM -Əli Ələmi
    EY HƏKİM -Əli Ələmi
  • 
  • 44 saylı Sumqayıt Xızı seçki dairəsindən namizəd yazıçı GÜNEL EYVAZLI
    44 saylı Sumqayıt Xızı seçki dairəsindən namizəd yazıçı GÜNEL EYVAZLI
  • 
  • 41 saylı Sumqayıt seçki dairəsindən namizəd Elnur Abbaszadənin seçiciləri ilə görüşləri davam edir
    41 saylı Sumqayıt seçki dairəsindən namizəd Elnur Abbaszadənin seçiciləri ilə görüşləri davam edir
  • 
  • Xəyallar... (esse)
    Xəyallar... (esse)
  • 
  • Sarı çiçək
    Sarı çiçək
  • 
  • SÖZ ŞAİRLƏRİN GİZLİ XƏZİNƏSİDİR və yaxud kitabın qoxusunu, ətrini heç nə ilə əvəz etmək olmaz
    SÖZ ŞAİRLƏRİN GİZLİ XƏZİNƏSİDİR və yaxud kitabın qoxusunu, ətrini heç nə ilə əvəz etmək olmaz
  • 
  • Mail Yaqub - İrfan Səması (Nəsimi)
    Mail Yaqub - İrfan Səması (Nəsimi)
  • 
  • Dünya ilə ayaqlaşmaq üçün öncə düşüncələrinə əl gəzdirməlisən
    Dünya ilə ayaqlaşmaq üçün öncə düşüncələrinə əl gəzdirməlisən
  • 
  • Gecikmiş sevgi etirafı - ESSE
    Gecikmiş sevgi etirafı - ESSE
  • 
  • RZA ƏFQANLI
    RZA ƏFQANLI
  • 
  • Monqol dili -ESSE
    Monqol dili -ESSE
  • 
  • Xoşbəxtlik – ESSE
    Xoşbəxtlik – ESSE
Tel:
Email:
Created By: DaRa | Hosting services & Web developer By DaDaSHoV.
Copyright 2019. Eyruzunsesi.az
Bütün hüquqlar qorunur.