TİXON XRENNİKOV
“Sumqayıt fəhlə şəhəridir, demək, halal şəhərdir. Çörəyiniz həmişə halal olsun”
1980-ci illərdə Sumqayıtda klassik musiqi geniş təbliğ olunurdu. Bu, işdə dünyamiqyaslı dirijor və bəstəkar, SSRİ-nin xalq artisti, SSRİ Dövlət mükafatı laureatı Niyazinin müstəsna əməyi vardır. Onun Moskvada və xaricdə böyük nüfuzu olduğundan bu istiqamətdə apardığı məqsədyönlü iş sumqayıtlıların musiqi mədəniyyətinə və incəsənətinə maraqlarını artırırdı.
Sumqayıtda Rusiyanın, Almaniyanın, İtaliyanın, Avstriyanın, Polşanın tanınmış bəstəkarlarının əsərləri tamaşaya qoyulurdu.
1985-ci ildə Sumqayıta Niyazinin dəvəti ilə SSRİ Bəstəkarlar İttifaqının sədri, SSRİ xalq artisti, üç dəfə Stalin, Lenin, SSRİ Dövlət mükafatlarının laureatı, “Sosialist Əməyi Qəhrə-manı” Tixon Nikolayeviç Xrennikov buyurmuşdur.
T.Xrennikov 1948-ci ildən 1991-ci ilədək SSRİ-nin Bəstəkarlar İttifaqına rəhbərlik etmişdir.
Onun “Tufan”, “Frol Skobeyev”, “Ana”, “Qusar balladası” və başqa operaları dünyanın bir çox ölkələrində səhnəyə qoyulmuş və müəllifə böyük müvəffəqiyyət qazandırmışdır. Dünyanın aparıcı kütləvi informasiya vasitələri, telekanallar ondan müsahibə almağa həmişə cəhd etmişlər. Xaraktercə sadə və səmimi insan olan T.Xrennikov jurnalistlərə nadir hallarda müsahibə verirdi. Tərifli sözləri və reklamı xoşlamırdı.
Sumqayıtda Səməd Vurğun adına mədəniyyət sarayında onun sumqayıtlılarla görüşü keçirildi. Maestro Niyazi Tixon Xrennikov haqqında yığcam, lakin dolğun məlumat verəndən sonra, onun “Ana” operası göstərildi. Böyük alqışlarla qarşılanan bu sənət əsəri Tixon Nikolayeviç tərəfindən sumqayıtlılara qarşı rəğbəti artdı.
Ayaqüstü olsa da, ondan müsahibə almaq könlümdən keçdi. Axı, bu cür, tarixi şəxsiyyətlərlə tez-tez görüşmək mümkün deyildi. Allah Maestro Niyaziyə rəhmət etsin. Onun köməkliyi ilə Tixon Nikolayeviç mənə müsahibə verməyə razılıq verdi.
Onunla qonaqlar üçün ayrılmış otaqda qabaq-qabağa əyləşdik.
-Hə, cavan oğlan, deyəsən məni sorğu-suala tutmaq istəyirsən.
-Bəli. Sizə bir neçə sualım var.
-Buyur. Onu da deyim ki, bir gün İtaliyada konsertdən sonra “La Stampa” qəzetinin müxbiri ilə görüşdüm. İlk sualı belə idi. İtaliyada yaddaqalan nə oldu? Əgər sən də bu sualı vermək istəyirsənsə, bəri başdan deyə bilərəm. Birincisi, yaşıl örpəyə bürünmüş gənc şəhəriniz, onun geniş küçələri, ikincisi, tamaşaçıların hərarətli alqışları.
-Mənim sualım “Ana” operası haqqındadır.
-Səni nə maraqlandırır?
-M.Qorkinin “Ana” əsərinə müraciət etməyinizin əsas səbəbini bilmək istərdik. Niyə Tolstoyun “Anna Karenina” əsəri yox, məhz “Ana” əsəri?
-Bilirsən, biz ailədə on uşaq olmuşuq. Atamız bütün günü işdə olardı. Demək olardı ki, onun üzünü görmürdük. Anamız bizi tərbiyə edir, öyüd-nəsihət verirdi. Çox zəhmətkeş qadın idi. Bütün analar belədir. On uşaq tərbiyə edib böyütmək, olduqca ağır məsələdir. Hər qadın kömək görməsə, buna dözə bilməz. Biz anamızı çox istəyirdik və ona müqəddəs bir varlıq kimi baxırdıq. M.Qorki mənim sevdiyim yazıçılardandır. Onun “Ana” romanında yaratdığı ana obrazı mənim qəlbimi riqqətə gətirdi, gözlərim qarşısında anam dayandı. Məhz buna görə də, bu əsərə müraciət etməyə qərar verdim.
-Sizi 35 yaşında, gənc bir sənətkarı SSRİ Bəstəkarlar İttifaqının sədri seçdilər. Ölkədə kifayət qədər professional bəstəkarlar olan halda, niyə birdən-birə sizin üzərinizdə dayandılar? Məsuliyyətdən və yaxud rəqabətdən qorxmadınız?
-1939-cu il idi. Mənim 26 yaşım vardı. “Tufan” adlı ilk operam səhnəyə qoyuldu. Sovet mətbuatı onu yüksək qiymətləndirdi. Sonra bir neçə yeni əsər yaratdım. Onu da deyim ki, Stalin Moskvada Böyük Teatrda göstərilən hər bir yeni əsərə tamaşa edir və öz münasibətini bildirirdi. Onun tövsiyəsi ilə mən 35 yaşında Bəstəkarlar İttifaqının sədri seçildim.
-Sizin Sumqayıta ilk gəlişinizdir. Şəhərimiz haqqında məlumatınız vardımı?
-Mənim belə bir xüsusiyyətim var. Hansı ölkəyə və yaxud şəhərə qastrol səfərlərinə gedirəmsə, mütləq həmin şəhər haqqında məlumat toplayıram. Sağ olsun, maestro Niyazi. O, Sumqayıt haqqında mənə o qədər danışıb ki, sanki bu, mənim doğma şəhərimdir.
-Bilirik ki, Niyazi ilə dostsunuz. Onunla işləmək çətin deyil ki?
-Sən nə danışırsan? Ondan həmişə tükənməz enerji alıram. Onu da qeyd edim ki, Niyazi ilə demək olar ki, dünyanın bir çox ölkələrində olmuşuq. Mənim əsərlərimin dirijorluğunu o, edib. Niyaziyə ancaq qibtə etmək olar. Belə sənətkarlar yüz ildə bir dəfə doğulurlar. Dostluqda isə etibarlı və sədaqətlidir.
-Tixon Nikolayeviç, XX əsrin axırlarında Sumqayıt şəhərini Sizin yadınıza salsalar, nə deyərdiniz?
-Zəhmətkeşlər şəhəri. Klassik musiqinin həvəskarları və onun təbliğatçıları. Bunu zalda əyləşənlər tamaşaçıların alqışlarından və verilən suallardan hiss etdim.
-Sumqayıtlılara nə arzulardınız?
-Sumqayıt fəhlə şəhəridir. Demək, halal şəhərdir. Çalışın, çörəyiniz həmişə halal olsun. Belə olan halda, insanların qədri bilinir. Onlara hörmət və ehtiramla yanaşırlar. Mən Sumqayıtı bu hisslərlə tərk edirəm.(1985)
Əməkdar jurnalist, Eyruz Məmmədov



Reklam
Xəbər lenti
- 17-12-2020TANRI ÖZÜ DEYƏCƏK...
- 04-12-2020Qalanı xatirədir...
- 02-12-2020“Sumqayıt – dənizə addımlayan şəhər. SUM qayıtdı...”
- 22-11-2020Sumqayıtlı döyüşçü Vüsal Hətəmov düşmənə qan uddurub
- 20-11-2020Ваши передачи нужны, чтобы понять предел наглости, цинизма и пошлости - письмо Соловьеву от доктора Рафаиля Ширинова
- 20-11-2020BİR QƏRİB TANIDIM
- 13-11-2020ARZULAR GERÇƏKLƏŞMƏDİ...
- 29-08-2020“İşıq” - ilk qadın qəzeti…
- 25-08-2020Niderland krallığında Azərbaycan diasporu "krallığı"
- 22-08-2020Biz birlikdə güclüyük!
- 15-08-2020YUBİLYAR
- 06-08-2020NÜVƏDİYƏ SON SƏFƏR
- 31-07-2020Öz yubileyinə sevinə bilməyən insan Rəhman ORXAN - 70
- 29-07-2020Solaxaylar (esse)
- 29-07-2020Ən ləziz yemək - Buzlu İkiqat Sumqayıt dolması
- 21-07-2020O, BU DÜNYANIN ADAMI DEYİL!..
- 21-07-2020Eyruz Məmmədov: Şəhid general Polad Həşimovun Sumqayıt Şəhidlər xiyabanında möhtəşəm heykəli ucaldılsın!
- 22-06-2020Eyruz Məmmədov: Mənən zəngin adamlar belə hərəkət edə bilər - (Hümbət Həsənoğlu-65)
- 07-06-2020Öncədən görmə
- 20-05-2020DOSTUNU MƏNƏ GÖSTƏR ...
- 16-05-2020ƏFQANISTAN ODLARINDAN KEÇMİŞ SUMQAYITLI PROFESSOR (Sahib Fərzəliyev - 60 yubiley münasibətilə)
- 09-05-2020Mircəfər Bağırovun da kömək etmədiyi 16 yaşlı könülsüz əsgər - 93 yaşlı Şahnisə nənənin HƏYAT HEKAYƏTİ
- 09-05-2020ÖLÜM SEVİNMƏSİN QOY...
- 29-04-2020Qızcığazın taleyi
- 22-04-2020SEVGİ İLƏ…EVDƏ QAL! (esse)
- 22-04-2020İRADƏSİ GÜCLÜ OLAN İNSANLAR STRESSDƏN ÇIXA BİLİRLƏR
- 20-04-2020BİZİM 1 YAŞIMIZ
- 06-04-2020Paris, Şaz-Elize küçəsi - ESSE
- 21-03-2020Refreyminq yazı – İlqar Kamil
- 21-03-2020Eyruz Məmmədovdan Sumqayıtın 70 illiyinə daha bir töhfə! - monumental Sumqayıt foto-salnaməsi!
- 21-03-2020Öz dəsti-xətti olan sənətkar - (Portret cizgiləri) Ağalar İDRİSOĞLU-70
- 21-03-2020Şah İsmayılın nənəsi yunan idimi?
- 21-03-2020Əbədi növbə haqqında...
- 21-03-2020EY HƏKİM -Əli Ələmi
- 26-02-2020Özgə qisməti
Çox oxunanlar
Yazarlar