TANRI ÖZÜ DEYƏCƏK...
TANRI ÖZÜ DEYƏCƏK...
Yaşadığımız bu günlərin ağırlığı, nisgili, qüruru, ehtiramı, müqəddəsliyi insanın iliyinə işləyir...Bu günlər müqəddəslik zirvəsinə ucalan şəhidlərimizin ailələri kameralar qarşısında müsahibələr verirlər. Bu müsahibələrdə şəhidlərimizin, qəhrəmanlarımızın ataları, anaları sanki hərəsi ayrılıqda bir dastan, bir əfsanə danışır... Bu söhbətlərdə ilk suala göz yaşlarında boğulub susan, oğlunun dəfnində iştirak edənlərin sayından, orda səslənən "Şəhidlər ölməz, Vətən bölünməz" sözlərindən təsəlli tapan, " O, onsuz da mənim qəhrəmanım idi" deyən, " Uşaqlıqdan kişi geyimləri geyinməyi sevərdi, şortik geyməzdi heç vaxt", " Çox qoçaq, mərd, ağıllı uşaq olub" , " Bu torpaq bizim övladların qanı ilə çiçəklənəcək" kimi düşüncələrə qərq olan, atasına düzəltdiyi təsbehdən nəsə anlamaq istəyən və 1 günün içində qocalmış, həsrət dolu gözləri yol çəkən, göz yaşları səngiməyən, xatirələr içində çapalayan, o xatirələri bağrına basıb əzizləyən, öpüb oxşayan valideyinlər gördük...

Zabit oğlunun şəhidlik xəbərini eşidib bu ağrı ilə bərabər " Bəs indi onu döyüşdə kim əvəz edəcək" deyə Vətən təəssübü hər şeyə üstün gəlmiş ataları, "Oğlumun qanı yerdə qalmadı, Şuşa alınanda çox sevindim" deyən bağrına daş basmış anaları, qardaş yanğısını gözünün sönmüş işığında gördüyümüz bacıları, qəhrəman qardaşının hər kəlmə başı "qayıda bilsəm" ifadəsini titrək səsi ilə xatırlayan qardaşları, ismətinə qısılıb çox söz deyə bilməyən, göz yaşları içində "onun övladlarını adına layiq böyüdəcəyəm" söyləyən həyat yoldaşlarını, Nə yaxşı ki mən ömrümün 10 ilini atamla yaşadım" deyən, nənə-babalarının qucağında dünyadan bixəbər körpə balaları izlədik. Görəsən haylı- küylü, işıqlı, həyəcan saçan kameralar söndükdən, əl-ayaq çəkiləndən sonra bu ocaqların, evlərin hər birinin ən müqəddəs yerində, qibləgaha çevrilmiş, uğrunda canlar verilmiş bayraqla bəzədilmiş guşəsində, ətrafı qan rəngində güllərlə, qatı açılmamış diplomlarla, sanki bütün zamanı bir qol saatında dayandıran yarımçıq qalmış arzularını əks etdirən əşyalarla əhatələnmiş fotodan ona boylanan şəhid övladının məğrur, qürurlu, nura qərq olmuş siması ilə üz-üzə gələndə nələr baş verir... Deyirlər ki, gozdən axan yaşın 1 faizi su, 99 faizi duyğudur...Oğul dərdinin ağırlığı altında gözlərdən axan seldə: "Kəlbəcərdə özünə toy etmək istəyən, övladını Oxford məktəbində oxutmaq istəyən, oglunu sadəcə bağrına basmaq istəyən, yeni doğulacaq körpəsinə onun adının verilməsini xahiş edən, Ağdama babasını aparmaq arzusunda olan, oxuduğu mahnısı ilə özü dastana dönən, özünüzdən muğayat olun deyən, ata-anasını hər vəchlə sakitləşdirməyə çalışan və bütün bunların fonunda "Vətən sağ olsun" söyləyən və neçə-neçə arzularını heç dilinə gətirməyə macal tapmayan oğulların yanğılı xatirələri var... Bu duyğu seli o qədər müqəddəs, o qədər alidir ki, hər bir azərbaycanlının qəlbindəki Vətən- Qarabağ- Azərbaycan sevgisini daha da alovlandırır...Bu məqamda bu insanlar qarşısındakı məsuliyyətini, borcunu, minnətdarlığını hiss edirsən... Bu qayğını necə çəkmək isə hər kəsin öz seçimi olacaq...Yetər ki seçək, yetər ki bu məsuliyyət layiqincə daşınsın, layiqincə anılsın, tarix boyu unudulmasın...Çiyninə qoyduğumuz yükün ağırlığına görə bağışla bizi, ƏSGƏR!
"Qarşınızda baş əyirik, SİZƏ borcluyuq, minnətdarıq" kimi kəlmələr isə bu məqamda çox zəif səslənir... Daha gözəlini mütləq uca Tanrı deyəcək ...
Aytəkin Nəsirova

Reklam
Xəbər lenti
- 22-02-2021Yazıçı publisist Eyruz Məmmədovun “EPİ” romanı
- 04-02-2021Tənhalıq...
- 29-01-2021"Əllidə ələnənlər"
- 24-01-2021“HEKAYƏLƏR”
- 17-12-2020TANRI ÖZÜ DEYƏCƏK...
- 04-12-2020Qalanı xatirədir...
- 02-12-2020“Sumqayıt – dənizə addımlayan şəhər. SUM qayıtdı...”
- 22-11-2020Sumqayıtlı döyüşçü Vüsal Hətəmov düşmənə qan uddurub
- 20-11-2020Ваши передачи нужны, чтобы понять предел наглости, цинизма и пошлости - письмо Соловьеву от доктора Рафаиля Ширинова
- 20-11-2020BİR QƏRİB TANIDIM
- 13-11-2020ARZULAR GERÇƏKLƏŞMƏDİ...
- 29-08-2020“İşıq” - ilk qadın qəzeti…
- 25-08-2020Niderland krallığında Azərbaycan diasporu "krallığı"
- 22-08-2020Biz birlikdə güclüyük!
- 15-08-2020YUBİLYAR
- 06-08-2020NÜVƏDİYƏ SON SƏFƏR
- 31-07-2020Öz yubileyinə sevinə bilməyən insan Rəhman ORXAN - 70
- 29-07-2020Solaxaylar (esse)
- 29-07-2020Ən ləziz yemək - Buzlu İkiqat Sumqayıt dolması
- 21-07-2020O, BU DÜNYANIN ADAMI DEYİL!..
- 21-07-2020Eyruz Məmmədov: Şəhid general Polad Həşimovun Sumqayıt Şəhidlər xiyabanında möhtəşəm heykəli ucaldılsın!
- 22-06-2020Eyruz Məmmədov: Mənən zəngin adamlar belə hərəkət edə bilər - (Hümbət Həsənoğlu-65)
- 07-06-2020Öncədən görmə
- 20-05-2020DOSTUNU MƏNƏ GÖSTƏR ...
- 16-05-2020ƏFQANISTAN ODLARINDAN KEÇMİŞ SUMQAYITLI PROFESSOR (Sahib Fərzəliyev - 60 yubiley münasibətilə)
- 09-05-2020Mircəfər Bağırovun da kömək etmədiyi 16 yaşlı könülsüz əsgər - 93 yaşlı Şahnisə nənənin HƏYAT HEKAYƏTİ
- 09-05-2020ÖLÜM SEVİNMƏSİN QOY...
- 29-04-2020Qızcığazın taleyi
- 22-04-2020SEVGİ İLƏ…EVDƏ QAL! (esse)
- 22-04-2020İRADƏSİ GÜCLÜ OLAN İNSANLAR STRESSDƏN ÇIXA BİLİRLƏR
- 20-04-2020BİZİM 1 YAŞIMIZ
- 06-04-2020Paris, Şaz-Elize küçəsi - ESSE
- 21-03-2020Refreyminq yazı – İlqar Kamil
- 21-03-2020Eyruz Məmmədovdan Sumqayıtın 70 illiyinə daha bir töhfə! - monumental Sumqayıt foto-salnaməsi!
- 21-03-2020Öz dəsti-xətti olan sənətkar - (Portret cizgiləri) Ağalar İDRİSOĞLU-70
Çox oxunanlar
Yazarlar