Qalanı xatirədir...
Qalanı xatirədir...
Həyatımızın ən şirin xatirələri uşaqlıq illəri ilə bağlıdır. Mən, qardaşım Valid və dayım oğlu Ramil. Necə də xoşbəxt idik. Bir oynayır, bir əylənir, bir şənlənirdik. Bizə elə gəlirdi, illər belə davam edəcək və biz bu həyatda istəyimizə nail olacaq, uğurlarımıza sevinəcək və valideynlərimizi də sevindirəcəyik. Nə gözəl arzular idi. Bu, arzular ürəyimizdə yuva salmışdı, çiçək açmışdı. Onların bir gün pərvazlanıb istədiyimiz ünvana çatacağına inanırdıq, sevinirdik. Bu uşaq təxəyyülü idi. Bu təxəyyül bizi zirvələrə səsləyirdi. Uçmağa qanadımız yox idi.
Valideynlərimizin diqqət və qayğısından da kənarda qalmazdıq. Biz böyüdükcə arzularımız da böyüyür, çiçək açırdı. Lakin həyatın da, sən demə, amansız qanunları var imiş. Uşaqlıq vaxtı dərk etməzdik. Yaşa dolandan sonra anladıq ki, həyatın yolu heç də hamar deyil. Heç ağlıma gəlməzdi ki, bir gün öyündüyüm, fəxr etdiyim, özümdən də artıq çox istədiyim qardaşım Validi, dayım oğlu Ramili nə vaxtsa itirəcəyəm. Nə ağır dərd imiş bu. Nə amansız, ağlasığmaz yükü varmış bunun. İçim göynəyirdi, ürəyim əsirdi, qəlbim od püskürürdü, damarlarımda axan qan donurdu, gözlərimin işığı zəifləyirdi, özümü dünyanın ən zəif və köməksiz insanı sayırdım. Əlimdən nə gəlirdi? Əgər bir can tələb olunsaydı, canımı verərdim, kaş ki, qardaşlarım sağ qalaydılar.

Valid yaşca məndən böyük idi. Qardaşım olduğuna görə, onu tərifləmək fikrindən çox uzağam. Onu tanıyanlar – qohumlar, qonşular, oxuduğu universitetdə tələbə dostları onun nəzakətli, ağıllı, intizamlı olduğunu dəfələrlə söyləyirdilər. Bu da məni bir bacı kimi sevindirirdi. İndi o, yoxdur. Allahın dərgahındadır. Özü getdi, mənim də ürəyimin parasını özü ilə apardı. Sənsiz mən necə yaşayacağam? Qardaşın kimdir, sualına nə cavab verəcəyəm? Niyə məni tək qoydun, niyə? Suallara cavab tapmaq çox çətindir....Validin gözlərində yeganə balamın surətini həmişə görərdim. Çünki uşaq vaxtı onu çox əzizləmiş, sanki öz balası kimi qayğı göstərmiş, məhəbbətini ondan əsirgəməmişdir. Mən bir bacı kimi bunu ömrüm boyu unutmaram. Lakin tale qardaşıma qarşı amansız və qəddar oldu. Uşaqlıq vaxtında deyib-güldüyümüz anlar kədərə, qəmə büründü. Valid xəstələndi, xəstəliyi ilə də bizə böyük bir dərd, kədər gətirdi. Oktyabr ayının 5-də Valid 35 yaşında dünyasını dəyişdi və bütün xoş arzu və istəklərini özü ilə apardı, onu sevənləri gözüyaşlı qoydu. Yer-göy başıma fırlandı. Onu özümə qardaş kimi yox, atamdan sonra arxa, dayaq bilirdim. İndi arxamın bir tərəfi boşalıb, dayağımın bir tərəfi büdrəyib. Hərdən gecələr yatanda gözlərimi onun şəklinə zilləyib soruşuram: Hardasan, ay Valid? Cavab gəlmir. Gözlərim yaşla dolur.
Heç ağlıma gəlməzdi digər qardaşım (nadir hallarda ona dayı oğlu kimi müraciət edərdim. O, mənə Valid kimi doğma qardaş idi. Mən həyatda onları özümə iki qardaş bilmişəm) Ramili də oktyabr ayında itirəcəyəm. Bu da böyük bir dərd olub hamının ürəyindən ağır bir yük kimi sallandı. Ramil Lələtəpədə, aprel döyüşlərində düşmənə qarşı igidliklə vuruşmuşdu. Onun qəhrəmanlığını nəzərə alaraq, komandanlıq tərəfində xüsusi tərifnamə verilmişdi.
27 sentyabrda Vətən müharibəsi başlayanda könüllü surətdə müharibəyə yollandı. Onu bu yoldan çəkindirənlər də oldu. Lakin Ramili inadından döndərən olmadı. “Döyüş yoldaşlarım artıq yola düşüblər, getməsəm, məni qorxaqlıqda qınayarlar. Həm də arxayın olun, sağ və salamat qayıdacağam, özü də Qələbə ilə”

Ramil təkcə bizim yox, elimizin-obamızın sevimlisi idi. Özünün səmimiyyəti, şirin danışığı, incə yumoru, mərdliyi, cəsarəti ilə seçilirdi. Kim dara düşərdisə imkanı daxilində kömək əlini uzadardı. Bir sözlə, ona etibar etmək olardı.Müharibə başlayanda da öz xarakterini göstərdi. Ramil Hadrut rayonunun azad edilməsində igidcəsinə vuruşdu. Atışma gecə-gündüz davam edirdi. Düşmən məkrli idi. Bu, Azərbaycan əsgərlərini qorxutmurdu. Ramili yuxusuzluq, susuzluq taqətdən salmırdı. Əksinə, erməni faşistlərini məhv etmək istəyi ilə yaşayırdı. Özünü düşmən gülləsindən qoruyurdu. Yaralı dostlarını hospitala çatdırdı.
Geri çəkilmək olmazdı. Hadrut alınmalı, ardınca digər rayonlar işğaldan azad edilməli, Şuşaya Azərbaycan bayrağı taxılmalı idi. Şanlı ordumuzun hər bir üzvü kimi, Ramil də bu arzu ilə yaşayırdı.
Döyüşlərin birində əsgər dostlarından biri yaralandı. Onu torpağın üstündə tək qoymaq olmazdı. Düşmən tərəfindən güllələr vıyıldayırdı. Gərgin döyüş gedirdi. Ölüm-dirim savaşı idi. Bizim əsgərlər yağı düşmənə layiqli cavab verirdilər. Hamı hücuma keçmişdi.
Ramil dostunu döyüş meydanından çıxartmaq istəyəndə, düşmən gülləsi igid, cəsur Azərbaycan əsgərini haqladı və o, mənim istəkli qardaşım həlak oldu, bununla da şəhidlik zirvəsinə yüksəldi. Mən inanıram ki, həmin an onun gözləri qarşısından anası, atası, bacısı gəlib keçib. Bu, şübhəsiz belədir.
Qardaşımın birisini itirmişdim. İkincisini eyni ayda itirəsi oldum. Yaxın adamı itirmək sanki özünü də bu həyatda itirmiş olur. Ölüm xəbərini yaxına buraxmaq istəmirdik. Lakin nə etməli?

Həmin günlər Ramil anası Güldanənin yuxusuna tez-tez girərdi. Oğlunun tezliklə qələbə ilə qayıdacağına böyük umidlər bəsləyirdi. İnanırdı ki, torpaqlar tezliklə şanlı ordumuzun qəhrəmanlığı nəticəsində azad olunacaq və onlar ailəlikcə doğma rayonlarına – Qubadlıya qayıdacaqdılar. Bu, böyük arzu idi. Bu arzunun 27 il həsrətinə son qoyulmalı idi. Torpaq həsrətinə son qoyuldu, lakin Ramilsiz. Onun ölüm xəbərini anasına çatdırmağı heç kim cürət etmirdi. Güldanənin yanına gələn qohum-əqrabənin hər gün sifətlərində bir işıq, aydınlıq, nikbinlik görərdi, indi isə, əksinə, qəm-qüssə görürdü.Ana ürəyi hər şeyi görür, hiss edir. Onun gözləri yolda, oğlu Ramilin gəlişini gözləyirdi. Bir an sanki namərd gülləsi ürəyini deşdi.
-Verin mənim balamı, gizlətməyin məndən, verin balamı.... - Güldanənin qəfil səsi eşidildi. Bu səsdə dəhşətli bir ağrı var idi. Ana ürəyi öz balasının şəhid olduğunu duymuşdu. Çox çəkmədi Güldanə yeganə oğlu Ramilin yoxluğuna dözməyib dünyasını dəyişdi və oğlu ilə əbədiyyatda qovuşdu.
Mən qardaşlarımı itirsəm də, buna inana bilmirəm. Tez-tez pəncərə önündə dayanır, Validin işdən, Ramilin isə əsgər formasında cəbhədən qayıdacaqlarına həsrətlə baxıram. Lakin onların gəldiyi yollarda hələ ki, heç kim görünmür. Ramilin şəkili doğma baba yurdunda evin qarşısında asılıb. Kaş şəkili yox, Ramilin özü rayonun küçələrində addımlayardı. Biz də ona qoşulardıq.
Hərdən uşaqlıq illərimiz yadıma düşür. Necə də doğma və mehriban idik. Necə də gözəl, qayğısız günlər idi. Bir-birimizi görməyəndə darıxardıq. Həyətdə bir yerdə oynayanda valideynlərimiz pəncərədən bizi səsləyərdilər. Həmin səslər hələ də qulağımdadır. :
-Valid, Ramil, tez olun, evə gəlin.
Kaş hər ikisi sağ olaydı, yenə anaları onları həmişəki kimi, səsləyərdilər. Bu mümkündürmü? Onları bir daha geri qaytarmaq olarmı? Bacılarının göz yaşlarını qurutmaq olarmı? Suallar sonsuz... sonsuz... Xatirələr isə yaşayır.
Xalq artisti Alim Qasımovun “Xatirədir”, adlı
oxuduğu mahnıda belə misralar var:
Xəyaldı, yoxsa yalan,
Gəlib keçdi nə zaman?
Sevginin ömrü bir an,
Qalanı xatirədir...
Nur üzlü qardaşlarım hər zaman hamımızın ürəyində, xatirələrində yaşayacaqsınız.
Allah sizə rəhmət eləsin!
Nərmin Eyruzqızı

Reklam
Xəbər lenti
- 22-02-2021Yazıçı publisist Eyruz Məmmədovun “EPİ” romanı
- 04-02-2021Tənhalıq...
- 29-01-2021"Əllidə ələnənlər"
- 24-01-2021“HEKAYƏLƏR”
- 17-12-2020TANRI ÖZÜ DEYƏCƏK...
- 04-12-2020Qalanı xatirədir...
- 02-12-2020“Sumqayıt – dənizə addımlayan şəhər. SUM qayıtdı...”
- 22-11-2020Sumqayıtlı döyüşçü Vüsal Hətəmov düşmənə qan uddurub
- 20-11-2020Ваши передачи нужны, чтобы понять предел наглости, цинизма и пошлости - письмо Соловьеву от доктора Рафаиля Ширинова
- 20-11-2020BİR QƏRİB TANIDIM
- 13-11-2020ARZULAR GERÇƏKLƏŞMƏDİ...
- 29-08-2020“İşıq” - ilk qadın qəzeti…
- 25-08-2020Niderland krallığında Azərbaycan diasporu "krallığı"
- 22-08-2020Biz birlikdə güclüyük!
- 15-08-2020YUBİLYAR
- 06-08-2020NÜVƏDİYƏ SON SƏFƏR
- 31-07-2020Öz yubileyinə sevinə bilməyən insan Rəhman ORXAN - 70
- 29-07-2020Solaxaylar (esse)
- 29-07-2020Ən ləziz yemək - Buzlu İkiqat Sumqayıt dolması
- 21-07-2020O, BU DÜNYANIN ADAMI DEYİL!..
- 21-07-2020Eyruz Məmmədov: Şəhid general Polad Həşimovun Sumqayıt Şəhidlər xiyabanında möhtəşəm heykəli ucaldılsın!
- 22-06-2020Eyruz Məmmədov: Mənən zəngin adamlar belə hərəkət edə bilər - (Hümbət Həsənoğlu-65)
- 07-06-2020Öncədən görmə
- 20-05-2020DOSTUNU MƏNƏ GÖSTƏR ...
- 16-05-2020ƏFQANISTAN ODLARINDAN KEÇMİŞ SUMQAYITLI PROFESSOR (Sahib Fərzəliyev - 60 yubiley münasibətilə)
- 09-05-2020Mircəfər Bağırovun da kömək etmədiyi 16 yaşlı könülsüz əsgər - 93 yaşlı Şahnisə nənənin HƏYAT HEKAYƏTİ
- 09-05-2020ÖLÜM SEVİNMƏSİN QOY...
- 29-04-2020Qızcığazın taleyi
- 22-04-2020SEVGİ İLƏ…EVDƏ QAL! (esse)
- 22-04-2020İRADƏSİ GÜCLÜ OLAN İNSANLAR STRESSDƏN ÇIXA BİLİRLƏR
- 20-04-2020BİZİM 1 YAŞIMIZ
- 06-04-2020Paris, Şaz-Elize küçəsi - ESSE
- 21-03-2020Refreyminq yazı – İlqar Kamil
- 21-03-2020Eyruz Məmmədovdan Sumqayıtın 70 illiyinə daha bir töhfə! - monumental Sumqayıt foto-salnaməsi!
- 21-03-2020Öz dəsti-xətti olan sənətkar - (Portret cizgiləri) Ağalar İDRİSOĞLU-70
Çox oxunanlar
Yazarlar