SƏN MƏNİM CƏNNƏTİMSƏN (esse)
Biz insanlar kimisinə cənnəti bəxş edirik, kimisinə cəhənnəmi... Amma bəzən kimlərsə öz cəhənnəmlərində cənnət arayışına çıxırlar...Ya da öz cənnətlərini cəhənnəmə çevirirlər... bəzən bilərəkdən, bəzən də heç fərqinə varmadan...
Cənnət və cəhənnəm... Biri ən gözəl olan yer-ağaclar altından axan bulaqlar, ən dadlı meyvələr, digəri isə alov, atəş, qır qazanı və başqa bilmədiyimiz daha nələr... Bəzilərimiz bu dünyada qazanır cənnətini... Ya öz əməllərinə görə, ya da doğuluşdan Allah tərəfindən lütf edilmiş ürəyə görə... Bəzilərinə isə bu dünyada cənnətin ən ali mərtəbəsini biz bəxş edirik, layiq olmadığını bilə-bilə. Və həmin insanlar bu dünyada cəhənnəmə sövq edirlər bizi, sanki lütf edərcəsinə... Qaçmaq istədikdə, düşürük alovun ən atəşli yerinə. Qaçmağı bacardıqda isə, o atəşdən qalan yanığın ağrısı incidir qəlbimizi. Və yanıq izləri xatırladır bizə hər şeyi, unutmaq istədikdə...
Amma bəzən də elə olur ki, bizə bu dünyada, cənnəti yaşadan insanlar çıxarır qarşımıza Allah... Ya fərqinə varmırıq, ya da anı hiss edib xoşbəxtlik dənizində üzürük...
Həyatda hər şey nisbilik nəzəriyyəsidir əslində: bəzən elə olur ki, başqasına şeytan olub, cəhənnəmi bəxş etdiyimiz halda, kimisinə mələk olub cənnəti yaşadırıq...
Bizə özümüzü özəl, fərqli hiss etdirən insanlardan cənnətin ən ali mərtəbəsini bəxş etməyi əsirgəməyək.
Dostayevski demişdir: bu dünyada cəhənnəm insan qəlbində sevginin bitdiyi yerdir.
Qəlbimizdə sevginin daim alovlanması diləyi ilə... "Sən mənim cənnətimsən"
Cansu Fəxrəddinqızı

Reklam
Xəbər lenti
- 17-12-2020TANRI ÖZÜ DEYƏCƏK...
- 04-12-2020Qalanı xatirədir...
- 02-12-2020“Sumqayıt – dənizə addımlayan şəhər. SUM qayıtdı...”
- 22-11-2020Sumqayıtlı döyüşçü Vüsal Hətəmov düşmənə qan uddurub
- 20-11-2020Ваши передачи нужны, чтобы понять предел наглости, цинизма и пошлости - письмо Соловьеву от доктора Рафаиля Ширинова
- 20-11-2020BİR QƏRİB TANIDIM
- 13-11-2020ARZULAR GERÇƏKLƏŞMƏDİ...
- 29-08-2020“İşıq” - ilk qadın qəzeti…
- 25-08-2020Niderland krallığında Azərbaycan diasporu "krallığı"
- 22-08-2020Biz birlikdə güclüyük!
- 15-08-2020YUBİLYAR
- 06-08-2020NÜVƏDİYƏ SON SƏFƏR
- 31-07-2020Öz yubileyinə sevinə bilməyən insan Rəhman ORXAN - 70
- 29-07-2020Solaxaylar (esse)
- 29-07-2020Ən ləziz yemək - Buzlu İkiqat Sumqayıt dolması
- 21-07-2020O, BU DÜNYANIN ADAMI DEYİL!..
- 21-07-2020Eyruz Məmmədov: Şəhid general Polad Həşimovun Sumqayıt Şəhidlər xiyabanında möhtəşəm heykəli ucaldılsın!
- 22-06-2020Eyruz Məmmədov: Mənən zəngin adamlar belə hərəkət edə bilər - (Hümbət Həsənoğlu-65)
- 07-06-2020Öncədən görmə
- 20-05-2020DOSTUNU MƏNƏ GÖSTƏR ...
- 16-05-2020ƏFQANISTAN ODLARINDAN KEÇMİŞ SUMQAYITLI PROFESSOR (Sahib Fərzəliyev - 60 yubiley münasibətilə)
- 09-05-2020Mircəfər Bağırovun da kömək etmədiyi 16 yaşlı könülsüz əsgər - 93 yaşlı Şahnisə nənənin HƏYAT HEKAYƏTİ
- 09-05-2020ÖLÜM SEVİNMƏSİN QOY...
- 29-04-2020Qızcığazın taleyi
- 22-04-2020SEVGİ İLƏ…EVDƏ QAL! (esse)
- 22-04-2020İRADƏSİ GÜCLÜ OLAN İNSANLAR STRESSDƏN ÇIXA BİLİRLƏR
- 20-04-2020BİZİM 1 YAŞIMIZ
- 06-04-2020Paris, Şaz-Elize küçəsi - ESSE
- 21-03-2020Refreyminq yazı – İlqar Kamil
- 21-03-2020Eyruz Məmmədovdan Sumqayıtın 70 illiyinə daha bir töhfə! - monumental Sumqayıt foto-salnaməsi!
- 21-03-2020Öz dəsti-xətti olan sənətkar - (Portret cizgiləri) Ağalar İDRİSOĞLU-70
- 21-03-2020Şah İsmayılın nənəsi yunan idimi?
- 21-03-2020Əbədi növbə haqqında...
- 21-03-2020EY HƏKİM -Əli Ələmi
- 26-02-2020Özgə qisməti
Çox oxunanlar
Yazarlar